Ədalət Ətayi

Ədalət Ətayi (15 avqust 1951, Naftalan4 avqust 2024) — Fizika Riyaziyyat elmləri namizədi, Planetlər atmosferi və komet fizikası sahəsində mütəxəssis, AMEA ŞAR Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri.

Ədalət Ətayi
Ətayi Ədalət Əbülfət oğlu
Doğum tarixi 15 avqust 1951(1951-08-15)
Doğum yeri
Vəfat tarixi 4 avqust 2024(2024-08-04) (72 yaşında)
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri namizədi[d]
İş yeri
Təhsili
Mükafatları AMEA-nın 2 Fəxri fərmanı

Ətayi Ədalət Əbülfət oğlu 1951-ci ilin 15 avqust tarixində Goranboy (Qasım İsmayılov) rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Naftalan orta məktəbini bitirmiş və elə həmin ildə də BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetini bitirmiş və Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika rəsədxanasına təyinatla göndərilmiş, Planetlər fizikası laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır.

1975-ci ildə AMEA-nın aspiranturasına qəbul olunmuş və adı Mars planetinin xəritəsindəki kraterlərdən birində əbədiləşdirilmiş Nadir İbrahimovun rəhbərliyi altında Günəş sistemi planetlərinin atmosferlərinin tədqiqi ilə məşğul olmağa başlamışdır.[1] N. İbrahimovun vəfatından sonra elmi tədqiqatlarımı davam etdirmək üçün Alma-Ata Astrofizika İnstitutunda görkəmli astrofizik prof. V. Q. Teyfelin rəhbərliyi altında işləmiş və 1981-ci ilin fevralında Kiyev şəhərindəki Baş Astronomiya Rəsədxanasının İxtisaslaşmış Elmi Şurasında "Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası" mövzüsunda dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

60-dan çox elmi məqalənin və 100-ə yaxın elmi kütləvi məqalələrin müəllifidir. Orta məktəb dərsliyi olan "Astronomiya" kitabının müəlliflərindən biridir.

Avropa astronomiya cəmiyyətinin üzvüdür. Bir müddət respublika ali məktəblərində — APU və BDU-da ixtisas kursu aparmış və bu gün Şamaxı Astrofizika Rəsədxanasında aparıcı elmi işçi vəzifəsində çalışır.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

ŞAR-in 60 illik yubileyinə həsr olunmuş elmi hesabatda qeyd olunmuşdur. (А. А. Атаи , Об исследованиях планет солнечной системы в ШАО) Azərb. Astron. Jurnal 2014

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  • Atai, A. A.; Namazov, Sh. M.; Mamed-Zade, A. M. On physical differences of some structural formations of the Jovian atmosphere
  • Atai, A. A.; Namazov, Sh. M. Time variations of the physical parameters of Jupiter's atmosphere
  • Atai, A. A.; Namazov, S. M. Time Variations of the Physical Parameters of the Jovian Atmosphere
  • Atai, A. A.; Shestopalov, D. I. Swan bands in the spectrum of Comet Halley
  • Shestopalov, D. I.; Golubeva, L. F.; Pogosbekov, D. G.; Atai, A. A.; Gorbanev, V. E. Spectrometry of the minor planets — Pyroxenes on the surfaces of some luminous asteroids
  • Atai, A. A. Molecular hydrogen in the Jupiter Red SPOT
  • Atai, A. A. Molecular Hydrogen in the Great Red SPOT of Jupiter
  • Atai, A. A.; Murguzov, I. M.; Shestopalov, D. I. The geometrical albedo of Uranus.
  • Atai, A. A. The spectrum of Neptune at λλ0.47–0.70 μm: a comparison with simplest models of the formation of CH4 absorption bands.
  • Atai, A. A. Spectrophotometry of Uranus and Neptune in the region of wavelengths 4300–7000 A 11. Aksenov, A. N.; Atai, A. A.; Ibragimov, N. B. Hydrogen quadrupole lines in the spectra of Jupiter and Saturn
  • Atai, A. A.; Ibragimov, N. B. CH4 Absorption Bands in the Spectrum of Uranus
  • Atai, A. A. Spectrophotometry of the Galilean Satellites
  • Atai, A. A. Spectrophotometry of Titan in the lambda lambda 4000–7000 Å region.
  • Shestopalov, D. I.; Atai, A. A. Some physical characteristics of the Comet Halley atmosphere according to ground spectrophotometry data

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

[redaktə | mənbəni redaktə et]

Avropa Astronomiya ittifaqının üzvüdür.

"Sky" və "Astronomy Astrophysics of Caucasus" jurnallarının redaksiya heyətinin üzvüdür.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

APU və BDU 1984–2000

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

AMEA-nın 2 Fəxri fərmanı

  1. Bəhram Basqallı. Səyyarəyə dönən oğlan Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine. Təzadlar.- 2012.- 13 aprel.- S.13.