Əvəz Abdullayev (alim)

Vikipediya saytından
Laym701 (müzakirə | töhfələr) (Yeni səhifə: {{İş gedir}} ==Həyatı== Abdullayev Əvəz Cavad oğlu 1937-ci il mayin 2-də Salyan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Xıllı kəndində torpaq şöb...) tərəfindən edilmiş 10:28, 18 may 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Həyatı

Abdullayev Əvəz Cavad oğlu 1937-ci il mayin 2-də Salyan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Xıllı kəndində torpaq şöbəsində baş aqronom işlədiyindən o səkkinci sinfə kimi Xıllı kənd orta məktəbində oxumuş,orta təhsili isə Salyanda başa vurmuşdur. 1954-ci ildə o, Azərbaycan Dövlət Neft Akademiyasının neft-mədən fakültəsinə daxil olmuş,1959-cu ildə qazma şöbəsini bitirərək dağ mühəndisliyi ixtisasına yiyələnmişdir.

Elmi nailiyyətləri

Ə.Abdullayevin əmək yolu Lökbatandakı Qaradağ neft mədənlər idarəsindən başlamışdır. O,burada qazmaçı köməkçisindən usta vəzifəsinə kimi yüksəlmişdir. Sonra Əvəz Abdullayev təhsilini artırmaq və elmi nailiyyətlərə yiyələnmək üçün respublika EA elmi-tədqiqat dərin neft və qaz yataqları problemləri istitutunda aspirant olmuş,elmi işçi işləmişdir.1969-cu ildə o,"Dərin quyuların almaz baltalarla qazılması texnologiyası" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərcəsinə layiq görülmüşdür. Sonralar o Kürsəngi ,Qarabağlı,Əli bayramlı rayonlarında qazma işləri idarəsində rəis işləyərək apardığı elmi araşdırmaları əməli işə tətbiq etmişdir.Həmçinin Əvəz Abdullayev Nefçala rayonunda işləmişdir və rayon üçün gördüyü böyük xidmətlərdən biri 1974-cü ildə Qarabağlıdakı qazma idarəsini rayonumuza gətirməsi olmuşdur.

İş fəaliyyəti

1975-ci ildə isə o, artıq Azərneft kəşfiyyat trestinin baş mühəndisi işləyirdi . Trest ləğv edildikdən sonra Ə.Abdullayev bir müddət elmi-tədqiqat neft problemləri layihə institutunda laboratoriya müdiri olmuşdur.Sonra isə o,Azərneft birliyində baş mühəndisinin müavini ,Qobustan qazma kəşfiyyat idarəsində rəis işləmişdir.Yüksək texniki savadı və təcrübəsini nəzərə alaraq onu keçmiş SSRİ höküməti xarici ölkəyə işləməyə göndərmişdir.O, dörd ilə yaxın Suriya Ərəb Respublikasının neft şirkətində qazma üzrə baş mühəndis işləmişdir. 1989-cu ildə vətənə döndükdən sonra Qobustan qazma kəşfiyyat idarəsində yenidən rəis işləmişdir.Sonralar dənizdə neft çıxarılmasının perspektivliyini nəzərə alıb bu sahəyə keçmiş, Sahil qazma kəşfiyyat idarəsi texniki şöbəsinə başçılıq etmişdir. Ümumi olaraq deyə bilərik ki,Əvəz Cavad oğlu Abdullayev 1967--1969 -cu illərdə Azərbaycan Sənaye Nazirliyində,1969-71-ci illərdə "Şirvanneft" qazma işləri trestində,1972-94-cü illərdə "Qarabağlı" Qİİ,"Azneftkəşfiyyat" trestində,"Qobustan "KQİİ, "Kürsəngi " Qİİ, "Sahil" KQİ-də rəhbər vəzifələrdə çalışmışdır.1994-2008-ci ildən "Neft Daşları" DQİİ-rəisi,2008-2010-cu illərdə "Qum adası" DQİ-nın rəisi işləmişdir.Texniki elmlər namizədi,BMT-nin qazma işləri üzrə ekspertdir.Bir elmi monoqrafiyanın,50-dən çox məqalənin və 2 ixtiranın müəllifidir.

Elmi əsərləri