Əvəz Abdullayev (alim)

Abdullayev Əvəz Cavad oğlu (2 may, 1937, Salyan rayonu) — Texniki elmlər namizədi.

Abdullayev Əvəz
Abdullayev Əvəz Cavad oğlu
Doğum tarixi (87 yaş)
Doğum yeri Salyan rayonu, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Texniki elmlər namizədi
İş yerləri İ1994-2008-ci ildən "Neft Daşları" DQİİ-rəisi, 2008-2010-cu illərdə "Qum adası" DQİ-nın rəisi
Təhsili Azərbaycan Dövlət Neft Akademiyası, 1954-1959 il

Əvəz Abdullayev 1937-ci il mayin 2-də Salyan rayonunda ziyalı ailəsində anadan olmuşdur. Atası Xıllı kəndində torpaq şöbəsində baş aqronom işlədiyindən o, dörduncü sinifdən səkkizinci sinfə kimi Xıllı kənd orta məktəbində oxumuş, orta təhsilini isə Salyanda başa vurmuşdur. 1954-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-mədən fakültəsinə daxil olmuş, 1959-cu ildə qazma şöbəsini bitirərək dağ mühəndisliyi ixtisasına yiyələnmişdir.

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əvəz Abdullayevin əmək yolu Lökbatandakı Qaradağ neft mədənlər idarəsindən başlamışdır. O,burada qazmaçı köməkçisindən usta vəzifəsinə kimi yüksəlmişdir. Sonra Əvəz Abdullayev təhsilini artırmaq və elmi nailiyyətlərə yiyələnmək üçün respublika EA elmi-tədqiqat dərin neft və qaz yataqları problemləri istitutunda aspirant olmuş,elmi işçi işləmişdir. 1969-cu ildə o,"Dərin quyuların almaz baltalarla qazılması texnologiyası" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərcəsinə layiq görülmüşdür. Sonralar o Kürsəngi ,Qarabağlı, Əli bayramlı rayonlarında qazma işləri idarəsində rəis işləyərək apardığı elmi araşdırmaları əməli işə tətbiq etmişdir. Həmçinin Əvəz Abdullayev Nefçala rayonunda işləmişdir və rayon üçün gördüyü böyük xidmətlərdən biri 1974-cü ildə Qarabağlıdakı qazma idarəsini rayonumuza gətirməsi olmuşdur.

İş fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1975-ci ildə isə o, Azərneft kəşfiyyat trestinin baş mühəndisi işləyirdi. Trest ləğv edildikdən sonra Əvəz Abdullayev bir müddət "Elmi-Tədqiqat neft problemləri layihə İnstitutu"-nda laboratoriya müdiri işləmişdir. Sonra isə o, Azərneft birliyində baş mühəndisinin müavini, Qobustan qazma kəşfiyyat idarəsində rəis işləmişdir.Yüksək texniki savadı və təcrübəsini nəzərə alaraq onu keçmiş SSRİ hökuməti xarici ölkəyə işləməyə göndərmişdir. O, dörd ilə yaxın Suriya Ərəb Respublikasının neft şirkətində qazma işləri üzrə ekspert işləmişdir. 1989-cu ildə vətənə döndükdən sonra Qobustan qazma kəşfiyyat idarəsində yenidən rəis işləmişdir. Sonralar dənizdə neft çıxarılmasının perspektivliyini nəzərə almış Sahil qazma kəşfiyyat idarəsi texniki şöbəsinə başçılıq etmişdir.

Ümumi olaraq deyə bilərik ki, Əvəz Abdullayev 1967-1969-cu illərdə Azərbaycan Sənaye Nazirliyində, 1969-71-ci illərdə "Şirvanneft" qazma işləri trestində,1972-94-cü illərdə "Qarabağlı" Qİİ,"Azneftkəşfiyyat" trestində,"Qobustan "KQİİ, "Kürsəngi " Qİİ, "Sahil" KQİ-də rəis vəzifələrdə çalışmışdır. 1994-2008-ci ildən "Neft Daşları" DQİİ-rəisi,2008-2010-cu illərdə "Qum adası" DQİ-nın rəisi işləmişdir.Texniki elmlər namizədi, BMT-nin qazma işləri üzrə ekspertdir. 2 elmi monoqrafiyanın, 50-dən çox məqalənin və 2 ixtiranın müəllifidir.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Hacı Əvəz Abdullayev. Deyimlər, Bakı 2013.
  • Абдуллаев А.Дж. Гидромеханические проблемы прихвата инструмента под действием перепада давления, Баку-2006
  • Абдуллаев А.Дж. « О гидродиномическом давлении при проводке скважин» Баку. АНХ. №6, 1998г, с.21-25
  • Абдуллаев А.Дж. и др. «Оценка величины кинетической энергии потока бурового раствора при выходе из ориентированно собранного турбобура» Баку, АНХ, №1 1999, с. 15-18.
  • Абдуллаев А.Дж. и др. «К вопросу уменьшения веса бурильной колонны при циркуляции промывочной жидкости» Баку, АНХ, №2, 1973, с.17-19.
  • Абдуллаев А.Дж., Мамедов Н.Н. «Причины осложнений при бурении алмазными долотами» М., «Бурение» №7, 1966, с. 8-11.
  • Абдуллаев А.Дж. и др. «Исследование работы алмазных долот» Баку, АНХ, №5, 1968, с.11-13.
  • Абдуллаев А.Дж. и др. «Об осевой нагрузке на алмазное долото при турбинном бурении» Баку, АНХ, №3,1967.
  • Абдуллаев А.Дж. «Вопросы технологии бурения алмазными долотами». Диссертация представленной на соискание ученой степени кандидата технических наук. Баку 1968г. стр.
  • Hacı Əvəz Abdullayev. Sirlər xəzinəsi insanın düşüncələri. Bakı 2017.
  • İbrahim Nurlu. XXI əsrin astanasında: Neftçala, Bakı 1998, s.12-13