Kür şəmayısı

Vikipediya saytından
Mehdiyeva Nigar (müzakirə | töhfələr) (Yeni səhifə: {{Taksoqutu | adı = Kür şəmayısı | şəkil = | şəkilaltı yazı = | şəkil məlumat = |aləmi = Heyvanlar | tip = Xordalılar | yarımtip = Onurğalılar | sini...) tərəfindən edilmiş 10:31, 2 iyun 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Kür şəmayısı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kür şəmayısı
Beynəlxalq elmi adı

Kür şəmayısı-(lat.Chalcalburnus chalcoides)-Çəkiyəbənzərlər dəstəsinin nümayəndəsidir.

Yayılması

Xəzər dənizinin əsasən cənub-şərq hissəsində,Kür çayında Tbilisiyə qədər,Alazan,Araz çaylarında,Varvara və Mingəçevir su anbarlarında yayılıb.

Morfoloji əlamətləri

Bədəni uzunsovdur,yanlardan azacıq basıqdır.Bel üzgəcində əksərən 8,az hallarda 7,anal üzgəcində 12-17 şüa var.Yan xətt orqanı pulcuqlarının sayı 62-74-dür,onlar orta irilikdədir.Başı kiçikdir,ağzı yuxarı açılır.Uzunluğu ,adətən 18-34,kütləsi 127-610 q olur.Pulcuqları gümüşü rəngdədir.Bel tərəfi tünd yaşıl,qarın tərəfi və üzgəcləri isə açıq rəngdə olur.Üzgəcləri rəngsiz,kənarları bozdur.[2]

Yaşayış yeri və həyat tərzi

Keçici balıqdır.Dəniz sahillərində yaşayır,kürü tökmək üçün çaylara ,əsasən Kür çayına girir.Çaya miqrasiyası noyabr ayında başlayır,mart ayında qurtarır.Plankton orqanizmlər,başlıca olaraq ibtidai xərçəngkimilərlə ,az dərəcədə isə - quru ,hava cücüləri,çox nadir hallarda detritlə qidalanır.Mingəçevir su anbarı yarandıqdan sonra tipik keçici balıq olan Kür şəmayısının da su anbarında oturaq və kürüləmək üçün Kür çayı ilə yuxarı,əvvəlki kürüləmə yerinə gedən keçici populyasiyaları əmələ gəlib.

Çoxalması

3-4 yaşında cinsi yetkinliyə çatır.Kür şəmayısı çaya yenicə girdikdə onun cinsi məhsulları hələ yetişməmiş olur və çayda bir neçə ay qaldıqdan sonra yetişməyə başlayır.Kürüsünü iyun-iyul aylarında hissə-hissə tökür.Kürülərin miqdarı 10 mindən 60 minə qədərdir.Kürü mayalandıqdan sonra substrata yapışır.Kürüdən sürfələrin çıxması 3-4 gün davam edir.Körpələr qısa müddətdən sonra dənizə gedir.

Təsərrüfat əhəmiyyəti

Qiymətli vətəgə balıqlarından hesab olunur.Əvvəllər Kür çayında ildə 2-3 min sentnerə qədər şəmayı tutulurdu,lakin çayın üzərində bəndlər tikildikdən sonra çoxalma yerlərinə gedən yollar kəsildiyindən onun ehtiyatı xeyli azalmışdır.Haı-hazırda Mingəçevir su anbarından ildə 150-200 s. şəmayı balığı ovlanır.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 80.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.143.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. H.S.Abbasov,R.V.Hacıyev.Bakı 2007,səh231

Həmçinin bax

İrigöz siyənək

Sara siyənəyi

Qaya balığı

Çay angivili