Miqrasiya

Miqrasiya (latın dilində: migratio — köçmək) və ya köçetmə — insanların daimi və müvəqqəti yaşayış yerlərini dəyişməsi , Yer kürəsinin bir məntəqəsindən digərinə getməsi.

Uzun müddət (adətən bir ildən artıq) yad ölkədə yaşayan insan miqrant hesab olunur. Bəzən mövsümi qazanc dalınca, məsələn, kənd təsərrüfatı məhsulu yığmaq üçün xaricə gedən şəxsləri də miqrant adlandırırlar. Eyni zamanda, turistlər, zəvvarlar, müalicə olunmaq üçün xaricə gedənlər və xaricdə ezamiyyətdə olanlar miqrant hesab olunmurlar.

Dünyada milyonlarla insan öz vətəninin hüdudlarından kənarda yaşayır, oxuyur və yaxud da işləyir. Bəlkə, siz də onlar kimi hərəkət etmək, başqa ölkəyə getmək istəyirsiniz. Ancaq qəti qərar qəbul etməzdən əvvəl mütləq etibarlı informasiya mənbələrinə müraciət edərək "lehinə" və "əleyhınə" olan hər şeyi ciddi ölçüb-biçmək lazımdır. Kinofilmlər, fotoqrafiyalar, tanışlarından eşitdikləri hekayətlər çox vaxt gələcək miqrantlarda reallığa uyğun olmayan ümidverici perspektivlər barədə yanlış təsəvvürlər yaradır. Miqrantlar yad ölkələrdə ciddi problemlərlə qarşılaşır, iş tapa bilmir, həkimə müraciət etmək imkanından məhrum olur, deportasiya təhlükəsi ilə üzləşirlər. Çox vaxt emiqrantlar xarici ölkələrdəki uğursuzluqlarından sonra gecikmiş peşmançılıq hissləri ilə etiraf edirlər: "əgər mən başıma nələr gələcəyini əvvəlcədən bilsəydim…". Emiqrasiya edərkən qəbul olunmuş tələsik qərarlar müvəffəqiyyətə yox, böyük məyusluqlara gətirib çıxara bilər. Bütün bunlardan xilas olmaq üçün Sizi xarici ölkədə nələrin gözlədiyini əvvəlcədən dəqiq təsəvvür etməlisiniz.

Potensial miqrant nəyi bilməlidir

[redaktə | mənbəni redaktə et]
  • Xaricdə işləmək üçün xüsusi viza və icazə lazimdir. Bu viza və icazə aidiyyəti səfirlikdən alınmalıdır.
  • Siz getdiyiniz ölkənin dilini bilməlisiniz. Dil bilmədən Siz iş tapa və yeni şəraitə uyğunlaşa bilməyəcəksiniz.
  • Xarici ölkədə vəd olunan iş haqqında təkliflərə diqqətlə yanaşın. Ola bilər ki, həqiqətdə heç bir iş yoxdur, Sizi isə arzu etmədiyiniz işdə işləməyə məcbur edə bilərlər. Hətta psixiki, psixoloji və seksual təzyiqlərə də məruz qala bilərsiniz
  • Turizm firmalarından və yaxud işədüzəltmə agentlikərindən aldığınız informasiyanın həqiqiliyini hər hansı bir sənədi imzalamazdan və yaxud pul ödəməzdən əvvəl aidiyyəti səfirlikdə dəqiqləşdirin. Tələb olunan pulun hamısını dərhal və getdiyiniz ölkəyə vizanı almamişdan əvvəl ödəməyin.
  • Yalnız Azərbaycan hökuməti tərəfindən verilmiş lisenziya yerli agentliklərə Azərbaycan vətəndaşlarını xarici ölkələrdə işə düzəltmək hüququ verir. Bu agentliklərin adını əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən öyrənmək olar.
  • Sizə iş təklif edən işədüzəltmə agentlikləri yalnız lisenziyaya malik olmamalıdırlar. Onlarda həmçinin Sizin gələcəkdə işə götürəcək təşkilatın müqaviləsinin nümunəsi, adı, ünvanı, telefonu və digər əlavə kontrakt informasiyaları olmalıdır. Müqavilədə aşağıdakilar öz əksini tapmalıdır: işin təsnifatı, müqavilənin qüvvədə olduğu müddət, iş yerinin ünvanı, iş saatları, maaş, istirahət günləri və sosial imtiyazlar (məsələn, tibbi sığorta).
  • Əvvəlcədən təyinat ölkəsindəki həyat şəraiti haqqında məlumatları öyrənin. Avropa ölkələrində yaşamaq çox baha başa gəlir və ola bilər ki, Sizin maaşınız heç gündəlik yaşamağınıza da çatmaz. Müqavilənin mətnini diqqətlə oxuyun, mütləq hüquqşünasla və ya Miqrasiya İnformasiya Mərkəzi ilə məsləhətləşin.
  • Pasportunuzun və müqavilənizin sürətini, təyinat ölkəsindəki ünvanızı və telefonunuzu, həmçinin Sizi gələcəkdə işə götürəcək təşkilatın və agentliyin, səfərinizi təşkil edən təşkilatın telefon və ünvanlarını ailənizdə saxlayın və yaxud dostlarınıza verin.
  • Azərbaycan Respublikasının getdiyiniz ölkədəki səfirliyinin ünvanı və telefonlarını doğmalarınıza və ya tanışlarınıza verin. Xarici ölkəyə gələrkən dərhal Azərbaycan Respublikasının səfirliyində və yaxud konsulluğunda qeydiyyata durun və pasportunuzun surətini orada saxlayın.
  • əmin olun ki, aşağıda göstərilən bütün lazımı sənədlərinizin yanınızdadır: pasport, viza (əgər vacibdirsə, işləmək və yaşamaq üçün icazə göstarilməklə), məktub-dəvətnamə, müqavilə və geriyə bilet.
  • Unutmayın ki, pasportunuzu, vizanızı, işləmək və yaşamaq üçün icazənizi həmişə özünüzdə saxlamalısınız. Paspotunuzu heç kimə verməyin. Pasportunuzu yalnız vizanın və ya başqa sənədlərin rəsmiləşdirilməsi üçün rəsmi orqanlara və konsulluq şöbələrinə verə bilərsınız.

Qanunsuz miqrantlar kimlərdir?

[redaktə | mənbəni redaktə et]

Hər bir ölkə əcnəbilərin onun ərazisində olmaq prosedur və şərtlərini müəyyən edir. Müəyyən olunmuş qaydalara riayət etməyən şəxslər qanunsuz miqrantlar hesab olunurlar. Bu şəxslər aşağıdakılardır:

Qanuni sənədləri olmadan ölkəyə daxil olan və ölkədə gizli qalan şəxs;

Ölkəyə saxta sənədlərlə daxil olan şəxs.

Qanuni sənədlərlə ölkəyə daxil olan, lakin ölkədə icazə verilən müddətdən artıq qalan və yaxud digər hər hansı bir şəkildə daxil olmaq və bu ölkədə olmaq qaydalarını pozan və burada qanuni əsası olmadan qalan şəxs.

Qanunsuz miqrasiya: reallıq, risk və nəticələr

[redaktə | mənbəni redaktə et]

Çox hallarda insanlar öz iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə xaricə üz tuturlar. Sizin emiqrasiya etmək qərarınızı eşidərkan qohumlarınız və dostlarınız Sizə məsləhətlər verir, özəl agentliklər isə öz vasitəçiliklərini təklif edirlər. Onlar müəyyən ödəniş müqabilində xaricə getmək üçün lazım olan sənədlərin hazırlanmasında, sığınacaq və yaşayış üçün və yaxud da bu və ya digər ölkədə işləməyə icazə alınmasında köməklik göstərilməsinə zəmanət verirlər.

Təcrübə göstərir ki, gələcək miqrantlar əksər hallarda onları Avropa ölkələrinə aparacaqlarını vəd edən vasitəçilərə pul ödəmək üçün əmlaklarını satır və yaxud da borc götürürlər. Onlar həqiqətən də inanırlar ki, xaricdəki qazancları hesabına nəinki borclarını qaytaracaq, hətta öz ailələrinin maddi vəziyyətlərini də xeyli yaxşılaşdıracaqlar. Lakin vasitəçilər tərəfindən aldadılan potensial miqrantların çoxu heç də üz tutduqları ölkəyə düşə bilmirlər. Təyinat ölkəsinə daxil olmağa nail olanlar isə çox tezliklə başa düşürlar ki, reallıq onların görmək istədikləri mənzərədən kəskin şəkildə fərqlənir.

Məsələn, çoxları səhfən elə təsəvvür edirlər ki, Avropa ölkələrində iş tapmaq asandır. əslində isə Avropa İttifaqı ölkələrində işsizlik səviyyəsi olduqca yüksəkdir və işə götürərkən yerli vətəndaşlara üstünlük verilir. Ona görə də Azərbaycandan olan miqrantların qanuni iş tapmaq imkanı demək olar ki, heçə bərabərdir. Həmçinin, əgər Siz turist vizası ilə gəlmisizsə, ölkədə yaşamaq üçün rəsmi icazə ala bilməzsiniz. İcazəsiz qalanlar isə qanunsuz miqranta çevrilirlər. Qanunsuz miqrant olduqları təqdirdə onların işləmək, sosial və tibbi kömək üçün müraciət etmək üçün, uşaqlarının isə təhsil almaq hüquqları olmur. əgər Siz qanunsuz miqrantsınızsa, Sizi istənilən an Azərbaycana deportasiya edə bilərlər, bu isə o deməkdir ki, Siz istəyinizə nail olmadan evə qayıdacaqsınız.

Qanunsuz miqrantın həyatı o qədər də asan olmur. Avropa ölkələrində qanunsuz yaşayan azərbaycanlılar tez-tez cinayətkar qrupların qurbanlarına çevrilirlər. Bu qruplar onları istismar edir və yaxud da ən ağır və alçadıcı işlərdə işləməyə məcbur edirlər. Bu cür işlər əsasən "çirkli", çətin və əksər hallarda sağlamlıq üçün zərərli olur. Miqrantlar üçün Qərbdə yüksəkmaaşlı iş yerləri haqqında cəlbedici, lakin yalan vədlərə inanmayın. Xaricdə pul qazanmaq əvəzinə olan pullarınızı da itirə bilərsiniz.

İnternet və e-ünvanları marketinqində miqrasiya ilə baglı fırıldaqçı təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək qərarında olan hər bir şəxs internet şəbəkəsində təklif olunan yalançı vədlərdən xəbərdar olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan pul vəsaiti əldə etmək məqsədilə miqrantları inandırmağa çalışırlar ki, onlar hansısa hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud da hansısa başqa bir humanitar təşkilatın nəzdində çalışırlar.

Çətin vəziyyətə düşmüş miqrantlar üçün məsləhətlər

[redaktə | mənbəni redaktə et]

Siz yad ölkədə olarkan xeyli problemlərlə üzləşə bilərsiniz. Sənədlərsiz qala bilərsiniz, vizanızın müddəti başa çatdıqdan sonra vəsaitiniz olmadığı üçün evə qayıda bilməzsiniz, bu zaman Siz qanunsuz miqranta çevrilirsiniz.

Bütün hallarda, əgər Siz cətin vəziyyətə düşmüşsünüzsə və yaxud nə isə, kimsə Sizin təhlükəsizliyinizə xələl gətirirsə, gecikmədən yerli hakimiyyət orqanlarına, Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) nümayəndəliyinə və yaxud Azərbaycanın səfirliyinə müraciət edin. Əgər siz insan alverninin qurbanı olmusunuzsa və yaxud özünüzü təhlükədə hiss edirsinizsə, mütləq həmin ərazidəki yerli orqanlara, aidiyyəti beynəlxalq təşkilatların nümayəndəliklərinə, qeyri-hökumət təşkilatlarına, Azərbaycanın səfirlik və ya konsul-luğuna müraciət edin. Bu qurumlar Sizi müdafiə edəcəklər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]