Tubulinalar

Vikipediya saytından
Ekoloq91 (müzakirə | töhfələr) (Yeni səhifə: {{Takson | adı = Tubulinalar | aləmi = Heyvanlar | şəkil = 1tub ribs ss.png | şəkil məlumat = | şəkilaltı yazı = | yuxarı takso...) tərəfindən edilmiş 10:11, 6 iyul 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Tubulinalar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Tubulinalar (lat. Tubulina) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımdəstədir.

Xarakterik əlamətləri

Amöblər monopodial və polipodialdırlar. Psevdopodiyalar eruptiv şəkildə bütün istiqamətlərdə əmələ gəlir. Onlar şaxələnən, enli kürəkvarı, iti və ya haça uclu konusvarı, tikanşəkilli və i.a. ola bilər. Qeyd etmək lazımdır ki, hətta eyni bir növ daxilində ətraf mühit şəraitindən asılı psevdopodiyaların formaları müxtəlif cür ola bilər. Birnüvəli, nadir hallarda çoxnüvəli amöblərdir.Çoxalması qeyri-cinsidir. [1]

Yayılması

Azərbaycanda bütün cinslərin nümayəndələri tapılmışdır [2]. Trichamoeba villosa Lepsi, Chaos chaos - Şirvan düzünün boz torpaqlarında; Amoeba alveolata Mereschkovski, A. gorgonia Penard, A. gracilis Greef, A. lacustris Naegler, A.limax Dujardin, A. limicola Rhumler – Lənkəran təbii vilayətinin sarı torpaqlarında, Dağlıq Qarabağın şabalıdı torpaqlarında, Şirvan düzünün boz torpaqlarında; A. costelani Lepsi, A. brachiata Dujardin – Lənkəran təbii vilayətinin sarı torpaqlarında; A. guttula Dujardin, A.limax Penard, A. spinosa Gelli, Fiocc – yenə həmin təbii zonada Dağlıq Qarabağın şabalıdı torpaqlarında; A. vellata Penard, A.limax, A. radiosa DujardinŞ A. fluida Gruber, A. hylobates Penard, A. humilis Schout – Lənkıran rayonunun arx sularında və Kür çayının aşağı axarında; Polychaos fimidium Bover – Abşeronun boz-qonur torpaqlarında üzümlüklərdə rast gəlinir [3].

  • Fəsiləyə 4 cins daxildir:

Trichamoeba

Chaos

Amoeba

Polychaos

Ədəbiyyat

  1. "Протисты: Руководство по зоологии". - СПБ.: Наука, 2007.- Ч.2-1144 с. ISBN978-5-02-026224-9(Ч.2), ISBN 5-026258-7


İstinadlar

  1. "Протисты: Руководство по зоологии". - СПБ.: Наука, 2007.- Ч.2-1144 с. ISBN978-5-02-026224-9(Ч.2), ISBN 5-026258-7
  2. Veysiq, 1939, 1942; Əmiraslanova, 1967; Musayev, İbadov, 1979; İbadov, 1983, 1985; Qasımov, 1972
  3. Mirzəzadə, 1982