Tubulinalar (lat. Tubulina) — ibtidailərin lobosa sinfinə daxil olan yarımdəstə.
Tubulinalar | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Amöblər monopodial və polipodialdırlar. Psevdopodiyalar eruptiv şəkildə bütün istiqamətlərdə əmələ gəlir. Onlar şaxələnən, enli kürəkvarı, iti və ya haça uclu konusvarı, tikanşəkilli və i.a. ola bilər. Qeyd etmək lazımdır ki, hətta eyni bir növ daxilində ətraf mühit şəraitindən asılı psevdopodiyaların formaları müxtəlif cür ola bilər. Birnüvəli, nadir hallarda çoxnüvəli amöblərdir.Çoxalması qeyri-cinsidir. [1]
Azərbaycanda bütün cinslərin nümayəndələri tapılmışdır [2]. Trichamoeba villosa Lepsi, Chaos chaos - Şirvan düzünün boz torpaqlarında; Amoeba alveolata Mereschkovski, A. gorgonia Penard, A. gracilis Greef, A. lacustris Naegler, A.limax Dujardin, A. limicola Rhumler – Lənkəran təbii vilayətinin sarı torpaqlarında, Dağlıq Qarabağın şabalıdı torpaqlarında, Şirvan düzünün boz torpaqlarında; A. costelani Lepsi, A. brachiata Dujardin – Lənkəran təbii vilayətinin sarı torpaqlarında; A. guttula Dujardin, A.limax Penard, A. spinosa Gelli, Fiocc – yenə həmin təbii zonada Dağlıq Qarabağın şabalıdı torpaqlarında; A. vellata Penard, A.limax, A. radiosa DujardinŞ A. fluida Gruber, A. hylobates Penard, A. humilis Schout – Lənkıran rayonunun arx sularında və Kür çayının aşağı axarında; Polychaos fimidium Bover – Abşeronun boz-qonur torpaqlarında üzümlüklərdə rast gəlinir [3].
Fəsiləyə 4 cins daxildir: