İlbizlər

Vikipediya saytından
Lemanossa1992 (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:13, 10 iyul 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

İlbizlər və ya Qarınayaqlılar (lat. Gastropoda q.yun. γαστήρ "qarın" və q.yun. πούς "ayaq") - Molyusklar tipinin ən geniş yayılmış sinfidir.

İlbizlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tipüstü:
Sinif:
İlbizlər
Beynəlxalq elmi adı

Ümumi xarakteristikası

Növlərin böyük əksəriyyəti dəniz və okeanlarda, qismən də şirin su hövzələrində və quru mühitdə yayılmışdır. Az bir qisim növlər isə parazit həyat tərzi keçirməyə uyğunlaşmışlar. Bədən ölçüləri müxtəlif olub, 2-3 mm-dən bir neçə santimetrə qədərdir. Ən iri formalarından biri önqəlsəməlilər yarımsinfinə aid olan Hemifusus proboscidiferus növüdür ki, çanaq ilə birlikdə ölçüsü 60 sm-dir.

Xarici quruluşu

Qarınayaqlıların bədəni üç hissədən ibarətdir% baş, gövdə və ayaq Baş gövdədən aydın şəkildə ayrılır və üzərində bir cüt göz vardır. Gövdə əsasən kisə şəklindədir. Ayaq hissə əzələli olub, gövdənin altında yerləşmişdir. Pelagik həyat tərzi keçirən qarınayaqlı molyuskların ayağında üzməyə xidmət edən enli yan çıxıntılar vardır. Qarınayaqlıların bədəninin bel hissəsində çanaq vardır. Əksər növlərdə çanaq spiral şəklində burulmuşdur. Assimetrik quruluşdadırlar. Bir çox qarınayaqlılarda çanaq az və ya çox dərəcədə reduksiya olunur, bəzilərində isə tamamilə olmur. Çanaq konxial, çini və sədəf qatlarından ibarədir. Onlardan çini qat daha yaxşı inkişaf etmişdir. Qarınayaqlılarda, bie neçə növ müstəsna olmaql sədəf qatı həmişə yaxşı inkişaf etmir. Dəniz qulaqcığında (Haliotis) sədəf qatı güclü inkişaf etmişdir. Çanağın ən qurtaracaq hissəsi qapalı olub, təpə və ya zirvə adlanır. Buradan molyusk başını və ayağını xaricə çıxararaq mühitdə səmtləşir.

Həzm sistemi

Başın ön tərəfində ağız dəliyi yerləşir. O isə öz növbəsində udlağa açılır. Ağız boşluğu və udlağın sərhədində çənə yerləşmişdir. Çənə təkdir, qövsşəkilli əyilmişdir və tilli olmaqla qidanın xırdalanmasında iştirak edir. Udlaq əzələli divara malikdir və onun dərinliyində radula adlanan hərəkətli diləbənzər çıxıntı yerləşmişdir. Radula çoxlu miqdarda dişçiklərlə təchiz olunmuşdur və ağızdan xaricə çıxmaq qabiliyyətinə malikdir. İlbiz qidasını bu dişciklərlə qaşıyaraq qəbul edir. Udlaqdan sonra qısa qida borusu yerləşir. Qida borusu genişlənərək çinədan əmələ gətirir. Çinədan daralaraq mədəyə keçir. Mədə adlanan hissə orta bağırsağı əhatə edir və buraya qaraciyər axarları açılır. Qaraciyər güclü inkişaf etmişdir və bir neçə funksiyanı yerinə yetirir. Qaraciyər fermentlər ifraz edərək qidanın həzmində iştirak edir. Mədədə həll olunan qida axarları

Cladaları

Patellogastropoda kladası
Vetigastropoda kladası
Cocculiniformia kladası
Neritimorpha kladası
Caenogastropoda kladası
Heterobranchia kladası

  1. Integrated Taxonomic Information System (ing.). 1999.