Qədim yunan dili

Qədim yunan dili (ἡ Ἑλληνικὴ γλῶσσα) — hind-avropa dil ailəsinə aid olan dil, yunan dilinin ilk variantı. Bizim eradan əvvəl ikinci minilliyin sonundan bizim eranın V əsrinə qədər yunan dili arealında yayılmışdı.

Qədim yunan dili
Orijinal adı ἡ Ἑλληνικὴ γλῶσσα (γλῶττα)
Region Aralıq dənizi regionu
Status klassik
Ölü dil IV əsrdə yunan dilinə çevrilmişdir
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
Hind-Avropa dilləri
yYunan dilləri
qədim yunan dili
Yazı yunan əlifbası, B xətt yazısı
Dil kodları
QOST 7.75–97 qyd 186
ISO 639-1
ISO 639-2 grc
ISO 639-3 grc
Ethnologue grc
IETF grc
Glottolog anci1242
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dilin inkişafının aşağıdakı dövrlərini ayırırlar: proyunan (e.ə.XX əsr - e.ə.XVII əsr), miken (e.ə.XVI əsr- e.ə.XII əsr), postmiken (e.ə.XI əsr - e.ə.IX əsr, arxaik (e.ə. VIII əsr - e.ə.VI əsr), klassik (e.ə.V əsr - e.ə.IV əsr), ellinist (e.ə. III əsr - e.ə.IV əsr); dilin inkişafının hər mərhələsində əhəmiyyətli dialektləri mövcud idi.

Qədim yunan dilində Homerin məşhur «İliada» və «Odissey»i, həmin dövrün filosoflarının və yazıçılarının digər əsərləri yazılıb. O dildə Makedoniyalı İskəndərin imperiyasında danışırdılar, o Roma imperiyasının ikinci rəsmi dili idi, Orta əsrlərdə Bizantiyanın ədəbi dilinə çevrildi. Müasir yunan dili bu dildən törəmişdir.

border=none Əsas məqalə: Yunan əlifbası

Αα — Alfa, Ββ — Beta, Γγ — Qamma, Δδ — Delta, Εε — Epsilon, Ζζ — Dzeta, Ηη — Eta, Θθ — Teta, Ιι — Yota, Κκ — kappa, Λλ — lyambda, Μμ — Myu, Νν — Nyu, Ξξ — Ksi, Οο — Omikron, Ππ — Pi, Ρρ — Ro, Σσς — Siqma, Ττ — Tau, Υυ — İpsilon, Φφ — Fi, Χχ — Xi, Ψψ — Psi, Ωω — Omeqa.

  • Лингвистический энциклопедический словарь, М., 1990.
  • Ф. Вольф, Н. К. Малинаускене. Древнегреческий язык: начальный курс. В трех частях (часть 1 часть 2). — М., 2004.
  • Козаржевский А. Ч.Учебник древнегреческого языка. — М., 1975 (2-е, исправленное и дополненное, издание — 1981).
  • Славятинская М. Н. Учебник древнегреческого языка Arxivləşdirilib 2007-04-17 at the Wayback Machine. — М., 2003
  • Соболевский С. И. Учебник древнегреческого языка. — М., 1948.
  • Чёрный Э. Греческая грамматика. М: Академический проект. М. 2008. 800 с.
  • Шантрен П. Историческая морфология греческого языка. — М., 1953.