Şüanın genetik təsiri

Vikipediya saytından
Zuleyxa Eyyubova (müzakirə | töhfələr) (Yeni səhifə: == Şüanın genetik təsiri == Radiasiya mutagenezi  – orqanizm<nowiki/>lərin şüalanma<nowiki/>sı zamanı irsi dəyişkənliklərin (mutasiya<nowiki/>ların) me...) tərəfindən edilmiş 14:54, 25 iyul 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Şüanın genetik təsiri

Radiasiya mutagenezi  – orqanizmlərin şüalanması zamanı irsi dəyişkənliklərin (mutasiyaların) meydana çıxması. Şüanın genetik təsiri radiasiya genetikası ilə tədqiq olunan ionlaşdırıcı şüaların bioloji təsirinin mühüm hissəsidir. İonlaşdırıcı şüaların bütün tipləri, həmçinin ultrabənövşəyi şüalar virusbakteriyalardan tutmuş, insan da daxil olmaqla bütün yüksək quruluşlu orqanizmlərin cinsiyyət hüceyrələrində yeni olan qametlərdə, eləcə də bədən hüceyrələri sayılan somatik hüceyrələrdə, bilavasitə onların irsi strukturunda mutagen təsirə malikdir. Mühitdə radioaktivliyin yüksəlməsi insan da daxil olmaqla orqanizmlərin populyasiyalarında gizli zərərli mutasiyaların toplanmasına səbəb olur. Radiasiya seleksiyasında təsərrüfat əhəmiyyətli mutantların alınmasında şüanın genetik təsirinin təcrübi əhəmiyyəti var. Bu üsulla bir neçə sort yaradılmışdır. 

Xarici keçidlər

Həmçinin bax

İstinadlar