Şüanın genetik təsiri

Şüanın genetik təsiri[redaktə | mənbəni redaktə et]

Radiasiya mutagenezi  – orqanizmlərin şüalanması zamanı irsi dəyişkənliklərin (mutasiyaların) meydana çıxması. Şüanın genetik təsiri radiasiya genetikası ilə tədqiq olunan ionlaşdırıcı şüaların bioloji təsirinin mühüm hissəsidir. İonlaşdırıcı şüaların bütün tipləri, həmçinin ultrabənövşəyi şüalar virusbakteriyalardan tutmuş, insan da daxil olmaqla bütün yüksək quruluşlu orqanizmlərin cinsiyyət hüceyrələrində yeni olan qametlərdə, eləcə də bədən hüceyrələri sayılan somatik hüceyrələrdə, bilavasitə onların irsi strukturunda mutagen təsirə malikdir. Mühitdə radioaktivliyin yüksəlməsi insan da daxil olmaqla orqanizmlərin populyasiyalarında gizli zərərli mutasiyaların toplanmasına səbəb olur. Radiasiya seleksiyasında təsərrüfat əhəmiyyətli mutantların alınmasında şüanın genetik təsirinin təcrübi əhəmiyyəti var. Bu üsulla bir neçə sort yaradılmışdır. 

Şüadan mühafizə[redaktə | mənbəni redaktə et]

Şüadan mühafizə- İonlaşdırıcı şüalanmanın orqanizmə təsirini azaltmağa yönəldilmiş vasitədir. Fiziki mühafizə üçün şüaları yaxşı udan materiallardan (qurğuşun, beton və s.) istifadə edilir. Bu materiallar şüa mənbəyi və obyekt arasında yerləşdirilir. “Açıq” şüalanma mənbəyi ilə i şləyənlər fərdi mühafizə vasitələrindən (kombinezonlar, pnevmogeyimlər, rapiratorlar, xüsusi çəkmələr, əlcəklər və s.) istifadə etməlidir. Kimyəvi mühafizə m əqsədi ilə, şüalanmadan əvvəl orqanizmə xüsusi kimyəvi birləşmələr – radioprotektorlar daxil edilə bilər. İonlaşdırıcı şüa mənbələri ilə iş aparılan müəssisələrdə dozimetrik və radiometrik nəzarət olmalıdır. Xroniki şüa xəstəliyinin və digər zədələnmələrin qarşısını almaq məqsədi ilə rentgenoloji müayinə zamanı elektron optik gücləndiricilərdən istifadə olunur. 

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]