Musa Şəkiliyev

Vikipediya saytından
Turan Etibaroğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:50, 14 avqust 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Musa Şəkiliyev
Şəxsi məlumatlar
Doğum tarixi 23 sentyabr 1959 (1959-09-23) (64 yaş)
Doğum yeri Qax rayonu
Partiya Yeni Azərbaycan Partiyası
Dini İslam
Elmi fəaliyyəti
İş yeri Qax Rayon İcra Hakimiyyəti
Tanınır İcra başçısı
qax-ih.gov.az/page/20.ht…


Musa Şəkiliyev — Qax Rayon İcra Hakimiyyətinin başçısı

Həyatı

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir. Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Xarici keçidlər

Həmçinin bax

Şablon:Qax Rayon İcra Hakimiyyətinin başçıları