Simsiz şəbəkə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Bu məqalə Naqilsiz rabitə məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Yaşadığımız bu illərdə informasiya texnologiyalarını yüksəlişi bizdə müəyyən asılılıqlar yaratdı.Bəzi insanlar həmişə şəbəkədə olmaq ehtiyacı hiss edirlər.Mobil istifadəçilər,tablet istifadəçiləri nə hörülmüş cüt,nə coax kabel və nə də fiber optik kabellərdən istifadə etmirlər.İnsanlar informasiyaları laptop,qol saatlarından və cibə yerləşə biləcək cihazlardan təmin etmək istəyirlər.Bu halda onlar adətən hər hansı bir sərhədi kommunikasiya əhatəsində qalmaq istəmirlər.Bu halda tək ideal kommunikasiya üsulu simsiz qoşulma (simsiz rabitədir).Simsiz qoşulma zamanı istifadəçilər qlobal şəbəkədən "istənilən yerdə" istifadə edə bilirlər.Simsiz qoşulmanın stabil cihaz istifadəsilə əldə edilən kommunikasiyadan üstünlüklər var.Misal üçün hər hansi bir tikilinin rabitəsi üçün dağ,bataqlıq və digər ərazilərdən fiber optik kabelin istifadəsi əlverişli deyil.Bu zaman simsiz qoşulmadan istifadə etmək daha asan olacaqdır.Bu kommunikasiya ilk oaraq Havai adalarında tətbiq olundu.Sakit okeanda olan adalar yaşayan istifadəçilərin kommunikasiyasında kabel istifadə oluna bilməzdi.

Elektromaqnit spektr

Elektronlar hərəkət edəndə elektromaqnit dalğalar yaradırlar və bu dalğalar mühitdə yayılırlar (hətta vakuum da belə).Bu haqda ilk fikirləri britaniyalı fizik J.C.Maksvell 1865-ci ildə irəli sürdü.Nəzəriyyəsini isə ilk dəfə alman fiziki Hertz 1887-ci ildə verdi.Dalğanın bir saniyədəki rəqs sayına tezlik deyilir, f hərfi ilə işarə olunur və Hertz-in şərəfinə vahidi Hz -dir.İki dalğanın amplitudları arasındakı məsafə dalğa uzunluğu adlanır və yunan hərfi olan lambda ( λ ) ilə işarə olunur.Vakuumda bütün elektromaqnit dalğalar tezliyindən asılı olmayaraq eyni sürətlə yayılır.Bu sürət işıq sürəti adlanır və c hərfi ilə işarə olunur.Bu sürət təxminən 3x10^8 m/san -dir.Bu isə 1 nanosaniyədə 30 sm məsafə qət etmək deməkdir.Mis və ya fiber kommunikasiyada bu sürətin 2/3 və ya daha az sürətdən söz gedir.Heç bir siqnal və ya obyekt bu sürətdən yüksək sürətə malik ola bilməz. f, λ və c -nin arasındakı asılılıq isə belədir.-

λxf=c

c-nin sabit olduğunu qəbul etsək,onda əgər λ bilsək f-i və ya f-i bilsək λ tapa bilərik.Əgər λ metrlə ölçülürsə,onda tezlik isə MHz ilə ölçüləcək.Spektrin radio,mikrodalğa,infraqırmızı və görünən işıq dalğalarının amplitudlarını,faza və tezliklərini modulyasiya etməklə kommunikasiyada istifadə etmək olar.X-ray,ultrabənövşəyi və qamma şüaları bunun üçün daha yaxşı olardı.Ancaq bu dalğaları idarə etmək,yaratmaq və qəbul etmək çətindir.Və bu şüalar canlılar üçün zərərlidir.Amma onlar həm maneələri yaxşı keçə bilir , həm də yüksək tezliklər var.Şəkildə göstərildiyi kimi LF,MF,HD dalğaları dalğa uzunluqlarına görə fərqlənirlər.(adları isə onların tezliklərini göstərir).

İnformasiyanın ötülürməsi elektromaqnit dalğanın enerjisi və ötürmə zolağından asılıdır.Şəkildə nə üçün fiber optik kabellərdən istifadə olunması nı anlamaq olar.Bir çox kommunikasiyada sıx tezlik zolağında olan dalğalardan (və ya siqnal) istifadə olunur.Çünki sıx tezlik zolağında tezliklər daha səmərəli qəbul olunur və informasiya daha yaxşı qəbul olunur. Amma bəzi xüsusi hallarda geniş tezlik zolağında olan dalğalardan da istifadə olunur.Xüsusi hallarda üç metod var-

Tezlik sıçrayışları ilə yayılan spektr

Bu metodda ötürücü dalğanın tezliyini bir tezlikdən digər tezliyə saniyədə yüzlərlə dəfə sıçrayır.Bu metod əsasən hərbi kommunikasiyada istifadə olunur.Bu metoddan istifadədə həmçinin yüksək müqavimət yaranır və bu müqavimət digər tezlik zolağından gələn siqnallar ilə qarışmasına və qəbuledicinin kommunikasiyanı kəsməsinə imkan vermir Kommunikasiyada maneə yaratmaq imkansıza yaxındır və informasiyanın dedektə olunması çox çətindir.Bu metodun geniş istifadəsinə Bluetooth və 802.11 kommunikasiyaların keçmis versiyalarını misal göstərmək olar.

Birbaşa ardıcıl yayılan spektr

Bu metodda geniş tezlik zolağında olan dalğaları ardıcıl olaraq yayılır və onlar kod ardıcıllığı yaradırlar.Bu metodda kodlar müxtəlif ola bilər.Bu kodlar CDMA metodu ilə kodlanır.Metod 3G telefon şəbəkələri və GPS texnologiyasının əsasını təşkil edir.Bəzi xüsusiyyətləri ilə 802.11b simsiz lokal kompüter şəbəkələrində də istifadə olunub.Bu metoddan ticari məqsədlər üçün olaraq geniş istifadə olunur.Səbəb isə çoxlu sinqalı eyni tezlik zolağından playlaşmağa imkan verməsidir.

Ultra geniş tezlik zolağı

Bu metodda cəld şəkildə pulsasiyalar göndərilir.Bu pulsasiyalar geniş tezlik zolağında yayılaraq siqnal göndərirlər.Və 500MHz tezliyinə malik olan siqnallar müəyyən olunur.Sürətli pulsasiya ötürülməsi zamanı siqnal sıx şəkildə geniş tezlik zolağında yayılır.Ultra geniş tezlik zolağı metodunda yüksək dərəcədə kommunikasiya üçün potensiali var.Çünki geniş tezlik zolağından yayıldığı üçün digər sıx tezlik zolağından yayılan siqnallardan olan əlavə müdaxilələrə daha çox dözümlüdür.

Radio ötürmə

Radio dalğalar asan generasiya olunur,uzun məsafələrə yayıla bilir və maneələri asan keçə bilir. Bu səbədən radio dalğalar kommunikasiyada geniş istifadə olunur.Onlar mənbədən bütün istiqamətlərə yayılırlar.Ötürücü və qəbuledicinin fiziki olaraq harda olması bu ötürmədə fərq etmir.Aşağı tezliyə malik olduqları üçün maneələri asan keçə bilirlər.Amma məsafə artdıqca dalğaların enerjisi kəskin şəkildə azalır.Bu isə yol itkisi adlanır.Radio ötürmə həm də yağış və digər faktorlarda zəifləyə bilir.Və motor və elektrik cihazları tərəfindən müdaxiləyə məruz qala bilir.VLF,LF və MF zolaqlarında radio dalğalar yeri təqib edir.Və tezlik artdıqca onların enerjisi azalır.Məhz buna görə də Boston AM radio stansiyasındakı MF zolağında olan yayınlara New Yorkdan qoşulmaq olmur. HF və VHF zolaqlarındakı dalğalar isə yer tərəfindən udulur.Ancaq ionosferə çatan dalğaların bir hissəsi sınaraq qəbuledici tərəfindən qəbul oluna bilir.Və burada enerjisi artmış dalğalar uzaq məsafələrə yayıla bilir.Bu səbəbdən həvəskar radio stansiyalarda bu zolaqda olan radio dalğalardan istifadə olunur.

Mikrodalğalı ötürmə

Mikrodalğalar bir xətt üzrə yayılır.Bunun üçün qüllələr hündür olmalıdır.Əgər hündür olmazsa,onda dalğalar yer tərəfində udulur.Və uzun məsafələr ötürülməsi üçün isə retranslyatorlar olmalıdır.Və hər bir retranslyator arasındakı məsafə təxminən qüllənin uzunluğunun kvadratı qədər olmalıdır.Radio dalğalardan fərqli olaraq mikrodalğalar obyektlər çox da yaxşı keçə bilmir.Və buna görə fokuslanmış dalğalar bəzən gecikə bilir.Və bəzən bu informasiyanın düzgün qəbul edilməsinə maneə törədir.

İdarə olunmayan infraqırmızı ötürmə

İdarə olunmayan infraqırmızı ötürmə daha çox qısa məsafələrdə istifadə olunur.Televizorların pultları,VSR və digər cihazlarda bu ötürmədən istifadə olunur.Bu ötürmə zamanı siqnallar obyektləri keçə bilmir.Məhz bu səbəbdən binada olan qonşular bir-birlərinin televizorlarını idarə edə bilmirlər.

Optik ötürmə

İdarə olunmayan optik siqnallar əsrlərdir istifadə olunur.Buna iki evin üzərindəki lazer sayğacları ilə lokal kompüter şəbəkəsini yaratmağı misal göstərmək olar.Lazerlər tek istiqamətlidirlər.Buna görədə qəbuledicidə fotodedektor lazımdır.Bu ötürmədə xarici faktorların (temperatur,hava şəraiti,duman ,külək və s.) böyük təsiri olur.

İstifadə olunan qaynaq

Andrew S. Tanenbaum, David J. Wetherall, Computer Networks, 5th edition, 2010..