Naqilsiz rabitə

Dəniz mobil xidmətinin əldə daşına bilən gəmi rabitə stansiyası

Simsiz rabitə və ya naqilsiz rabitəelektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüterinaqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziyaradiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir.

Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi.[1] Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir. Onlar bu alətlərdən radio siqnallarını ötürmək və qəbul etmək üçün tələb olunan avadanlıqları yerləşdirmək üçün istifadə edilən mobil telefon sahəsinin əhatə dairəsində istifadə oluna bilər.[2]

Mobil bədən məkanı şəbəkələri (MBAN) kimi yeni simsiz texnologiyalar qan təzyiqi, ürək döyüntüsü, oksigen səviyyəsi və bədən istiliyini idarə edə bilir. MBAN tibb məntəqələrinə və ya monitorinq məntəqələrinə aşılanan qəbuledicilərə aşağı güclü simsiz siqnallar göndərməklə işləyir. Bu texnologiya simli birləşmələrdən yaranan qəsdən və istəmədən yoluxma riski ilə mübarizədə kömək olur.[3]

  1. "Robust demand for mobile phone service will continue; UN agency predicts". UN News Centre. 15 February 2010. 9 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2011.
  2. Vilorio, Dennis. "You're a what? Tower Climber" (PDF). Occupational Outlook Quarterly. 3 February 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 December 2013.
  3. Linebaugh, Kate. "More Hospital Medical Devices to Go Wireless". The Wall Street Journal. 23 May 2012. 13 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2022.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]