Asiya geologiyası

Vikipediya saytından
Rəşid Nurməmmədov (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:31, 3 noyabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
1730-cu ildə İohan Kristof Homann tərəfindən tərtib edilmiş coğrafi xəritə. Asiya ərazisi rəngli göstərilmişdir. Adlar latın dilindədir


Asiyanın müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklarından ibarətdir. Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlikdə şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir.[1]. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır.

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 107. ISBN 978-9952-441-05-5.