Asiya geologiyası

Vikipediya, azad ensiklopediya
Rəşid Nurməmmədov (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:49, 3 noyabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
1730-cu ildə İohan Kristof Homann tərəfindən tərtib edilmiş coğrafi xəritə. Asiya ərazisi rəngli göstərilmişdir. Adlar latın dilindədir


Asiyanın müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklarından ibarətdir. Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlikdə şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir.[1]. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyaqədərki kişik massivlər, cənub (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çinn, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sahilində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür.

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 107. ISBN 978-9952-441-05-5.