Ameka

Vikipediya saytından
Eks-istifadəçi (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:01, 1 dekabr 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir.[1] E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir.

  • Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı,2009, səh.414.
  1. ARAB, 1, 452-455.