Boz-qonur torpaqlar

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:27, 4 yanvar 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Boz-qonur torpaqların - kimyəvi analiz nəticələrinə görə tərkibi genetik qatlar üzrə eyni deyildir[1].

Morfoloji tərkibi

Qaysaq qatda silisium oksid aşağı qatlarla müqayisədə çoxdur[2]. Digər göstəricilərdən kalsium, maqnezium, dəmir üst qatlardan aşağı qatlara doğru çoxalır. Boz-qonur torpaqların qranulometrik tərkibi çox fərqlidir. Lakin qumlu və yüngül gillicəli torpaqlar daha çox üstünlük təşkil edir. Bu torpaqların üst hissəsi əksər hallarda çınqıllıdır. Boz-qonur torpaqların mineroloji tərkibində 0,1-0,25 mm ölçüdə olan fraksiyalarda kvars qaysaq qatdan humus və bərkimiş qata doğru miqdarı azalır, lakin qırıntılı silikatların, ağır mineralların miqdarı isə əksinə artır. Boz-qonur torpaqların reaksiyası qələvidir. Karbonatların maksimal toplanması üst horizontlarda müşahidə edilir. Səthdən bir qədər aşağıda gips toplanmışdır. Boz-qonur torpaqlarda 30-40 sm-dən sonra şorlaşma əlamətləri görünür. Boz-qonur torpaqlar xloridli-sulfatlı şorlaşma tipinə aid edilir.

Xarici keçid

Həmçinin bax

İstinad

  1. İ.Ə.Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı 2014. 235 s.
  2. H.Ə.Əliyev. Böyük Qafqazın torpaqları. 1994