Boz-qonur torpaqlar — kimyəvi analiz nəticələrinə görə tərkibi genetik qatlar üzrə eyni olmayan torpaq tipi[1]. Bu torpaq tiplərinə əsasən isti ərazilərdə rast gəlinir.
Qaysaq qatda silisium oksid aşağı qatlarla müqayisədə çoxdur[2]. Digər göstəricilərdən kalsium, maqnezium, dəmir üst qatlardan aşağı qatlara doğru çoxalır. Boz-qonur torpaqların qranulometrik tərkibi çox fərqlidir, lakin qumlu və yüngül gillicəli torpaqlar daha çox üstünlük təşkil edir. Bu torpaqların üst hissəsi əksər hallarda çınqıllıdır. Boz-qonur torpaqların mineroloji tərkibində 0,1–0,25 mm ölçüdə olan fraksiyalarda kvars qaysaq qatdan humus və bərkimiş qata doğru miqdarı azalır, lakin qırıntılı silikatların, ağır mineralların miqdarı isə əksinə artır. Boz-qonur torpaqların reaksiyası qələvidir. Karbonatların maksimal toplanması üst horizontlarda müşahidə edilir. Səthdən bir qədər aşağıda gips toplanmışdır. Boz-qonur torpaqlarda 30–40 sm-dən sonra şorlaşma əlamətləri görünür. Boz-qonur torpaqlar xloridli-sulfatlı şorlaşma tipinə aid edilir.