Haçaqaya yaşayış yeri

Vikipediya saytından
Toğrul Xəlilsoy (müzakirə | töhfələr) (Yeni səhifə: '''Haçaqaya yaşayış yeri.''' Tivi kəndinin cənub-qərbində, Gilançayın sol sahilində, eyni adlı dağın üzərində yerləşir. Yaşayış yerinə qalxarkən yol boyu qa...) tərəfindən edilmiş 13:16, 21 yanvar 2018 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Haçaqaya yaşayış yeri. Tivi kəndinin cənub-qərbində, Gilançayın sol sahilində, eyni adlı dağın üzərində yerləşir. Yaşayış yerinə qalxarkən yol boyu qayaaltı sığınaqlara rast gəl-mək olur. Sahəsi 4 hektardan artıqdır. Abidə şimaldan və cənubdan qayalıq, şərqdən və qərbdən yarğanla əhatə olunmuşdur. Onun yerləşdiyi ərazi zəngin otlaq sahəsinə malikdir. Yaşayış yerinin yaxınlığında təbii bulağın olması orada insanların məskunlaşmasına şərait yaradan əsas amillərdən birini təşkil etmişdir.Yaşayış yeri əlverişli strateji mövqedə yerləşir. Oradan Gilançay vadisinin bir hissəsinə nəzarət etmək mümkündür. Abidədə aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar zamanı Tunc, Antik və Orta əsrlər dövrünə aid müxtəlif formalı keramika məmulatları,daş alətlər toplanılmışdır[1].

  1. Xəlilov T.F. Son Tunc-Erkən Dəmir dövründə Naxçıvanın əkinçi-maldar tayfalarının mədəniyyəti. Bakı: Elm və Təhsil, 2013, 200 s.