Haçaqaya yaşayış yeri

Haçaqaya yaşayış yeri — Tivi kəndinin cənub-qərbində, Gilançayın sol sahilində, eyni adlı dağın üzərində yerləşir. Yaşayış yerinə qalxarkən yol boyu qayaaltı sığınaqlara rast gəl-mək olur. Sahəsi 4 hektardan artıqdır. Abidə şimaldan və cənubdan qayalıq, şərqdən və qərbdən yarğanla əhatə olunmuşdur. Onun yerləşdiyi ərazi zəngin otlaq sahəsinə malikdir. Yaşayış yerinin yaxınlığında təbii bulağın olması orada insanların məskunlaşmasına şərait yaradan əsas amillərdən birini təşkil etmişdir.Yaşayış yeri əlverişli strateji mövqedə yerləşir. Oradan Gilançay vadisinin bir hissəsinə nəzarət etmək mümkündür. Abidədə aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar zamanı Tunc, Antik və Orta əsrlər dövrünə aid müxtəlif formalı keramika məmulatları,daş alətlər toplanılmışdır[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xəlilov T.F. Son Tunc-Erkən Dəmir dövründə Naxçıvanın əkinçi-maldar tayfalarının mədəniyyəti. Bakı: Elm və Təhsil, 2013, 200 s.