Asəf Zamanov

Vikipediya saytından
Gulya S-va (müzakirə | töhfələr) (Yeni səhifə: '''Asəf Zamanov''' (tam adı: ''Asəf Dağbəyi oğlu Zamanov''; d. 10 may 1957, Naxçıvan) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorek...) tərəfindən edilmiş 08:10, 5 mart 2018 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Asəf Zamanov (tam adı: Asəf Dağbəyi oğlu Zamanov; d. 10 may 1957, Naxçıvan) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyta elmləri doktoru, professor, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssis.

Həyatı

Asəf Zamanov 10 may 1957-ci ildə Naxçıvanda rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişdir. 1978-79-cu tədris ilində Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı, professor A.S.İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1979-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır.

1994-cü ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. 1994-cü ildən 1997-ci ilə qədər AMEA Rəyasət Heyətinin fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifəsində işləmişdir. 1997-ci ildən 2007-ci ilə qədər Təhsil Nazirliyinin Elm İdərəsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda, 2000-2001-ci illərdə Təhsil Problemləri İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 2007-2016 cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) rektoru vəzifəsində çalışmışdır. 2015-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra etmişdir. 18 mart 2016-cı il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektorudur.

Elmi dərəcə və elmi adları

  • 1986-cı ildə əyani aspiranturanı bitirmiş, «Устойчивость полых цилиндрических тел под одновременным действием «мертвых» и «следящих» нагрузок» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
  • 2007-cü ildə «Собственные и вынужденные колебания пластин из композитного материала с искривленными структурами» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
  • 2009-cu ildə Ali Attesasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir.

Mükafatları

  • 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı;
  • 2005-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının 100 illik yubiley medalı;
  • 2007-ci ildə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir;

Beynəlxalq və respublika elmi qurumlarında təmsilçiliyi

  • 1997-ci ildən Beynəlxalq Elmlər Akademiyaları Hesablama Riyaziyyatı üzrə Koordinasiya Komitəsinin üzvü;
  • 2001-ci ildən YUNESKO-nun “Bioetika, Elm və Texnologiyaların Etikası” Azərbaycan Komitəsinin üzvü;
  • 2005-2014-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika ixtisasları üzrə Ekspert Şurasının üzvü;
  • 2011-ci ildən ABŞ-da (ingilis dilində) və Latviyada (rus dilində) nəşr edilən impaktfaktor göstəricili “Mechanics of Composite Materials” Beynəlxalq elmi jurnalının Beynəlxalq redaksiya heyətinin üzvü;
  • 2016-cı ildə ADPU-nun nəzdində fəaliyyət göstərən FD 02.061 Dissertasiya Şurasının sədr müavini;
  • 2004-cü ildən Beynəlxalq Mexanika-Maşınqayırma elmi jurnalının redaksiya heyətinin üzvü; “Nəzəri və tətbiqi mexanika”, elmi jurnalının baş redaktorunun müavini; “Pedaqoji

Universitetin Xəbərləri” (“Riyaziyyat və təbiət elmləri seriyası”, “Humanitar elmlər seriyası” ) elmi jurnallarının baş redaktorunun müavinidir.

Elmi fəaliyyəti

110-dan çox elmi əsərin (40 məqalə SCI jurnallarda); 1 monoqrafiyanın (“Колебания пластин из композитного материала с искривленными структурами”, Баку, Элм, 2011, 190 стр.); Ali məktəblər üçün Riyaziyyat dərsliyinin, 5 dərs vəsaitinin və s. müəllifidir. Əsərlərinin xeyli hissəsi nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunmuşdur. Rusiyada, Ukraynada, Özbəkistanda, Latviyada, Almaniyada, Fransada, ABŞ-da, İtaliyada, İsveçdə, İspaniyada, Cənubi Koreyada, Sinqapurda, Türkiyədə, İranda, Gürcüstanda elm və təhsil sahəsində keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, konfransların elmi bölmələrinə rəhbərlik etmişdir. Elmi rəhbərliyi ilə 9 namizədlik dissertasiyası hazırlanmış və müdafiə edilmişdir.

Pedaqoji fəaliyyəti

  • Azərbaycan Memarlıq və İnşaat Universiteti;
  • Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu;
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti;

Əsas elmi əsərləri əsərləri

  • А.Д.Заманов «Колебания пластин из композитного материала с искривленными структурами» монография. Под редакцией академика АН Европы и АН Латвии, профессора В.П.Тамужс Баку, Элм-2011, 190 стр.
  • A.D.Zamanov, İ.A.Akhundova “Delamination of two-layer corroded ring under radial vibrations” International Journals “Mechanics of composite materials”, vol.48 № 1, 2012, pp.153- 162
  • A.D.Zamanov, S.M.Soltanova “Stability of a fiber surrounded by two shells in an
  • elastic matrix” International Journals “Mechanics of Composite Materials”, vol.49 № 5, 2013, pp. 483-492
  • A.D.Zamanov and E.R.Agasiyev. “Dispersion of Lamb waves in a three-layer plate made of compressible materials with finite initial deformations” International journal Mechanics of Composite Materials,Vol.46, No.6, 2010, pp. 583-592.
  • S.D.Akbarov, E.R.Agasiyev and A.D.Zamanov. “Wave propagation in a pre-strained compressible elastic sandwich plate” European Journal of Mechanics A/Solids xxx (2011). Pp. 1-14.
  • А.Д.Заманов “Собственное колебание прямоугольной пластины из композитного материала с периодически искривленными структурами” Межд. научный журнал Прикладная механика, Киев, 1999, том 35, №10, стр.68-73
  • A.D.Zamanov “Natural vibrations of a strip made of a composite material with a locally curved structure” Mechanics of Сomposite Materials, New York 2005, vol, 41 № 1, pp. 49-54
  • A.D.Zamanov “The effect of structural curvings on the stress distribution in a rigidly fixed composite plate under forced vibration” Mechanics of composite materials, New York, 2002, vol. 38, №1, pp. 41-46
  • A.D.Zamanov “On the stress distribution in a rectangular thick plate of a composite material with curved structure under forced vibration.” Mechanics of composite materials, New York, 1999, vol 35, №4, pp. 301-306
  • А.Д.Заманов “Собственное колебание прямоугольной пластины из композитного материала с периодически искривленными структурами” Межд. научный журнал Прикладная механика, Киев, 1999, том 35, №10, стр.68-73