Asəf Zamanov

Asəf Zamanov (tam adı: Asəf Dağbəyi oğlu Zamanov; 10 may 1957, Şahbuz rayonu) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssis.

Asəf Zamanov
Asəf Dağbəyi oğlu Zamanov
Doğum tarixi (67 yaş)
Doğum yeri Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Dağbəyi Zamanov
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti, Moskva Dövlət Universiteti
Fəaliyyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru
Tanınır fizika-riyaziyyat elmləri doktoru, professor, mütəxəssis
Mükafatları "Tərəqqi" medalı, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının 100 illik yubiley medalı (2007), "Qabaqcıl təhsil işçisi" döş nişanı (2007).

Asəf Zamanov 10 may 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişdir. 1978–79-cu tədris ilində Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı, professor A. S. İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1979-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır.

1994-cü ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir.

1994-cü ildən 1997-ci ilə qədər AMEA Rəyasət Heyətinin fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifəsində işləmişdir.

1997-ci ildən 2007-ci ilə qədər Təhsil Nazirliyinin Elm İdarəsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda, 2000–2001-ci illərdə Təhsil Problemləri İnstitutunun ilk direktoru vəzifəsində çalışmışdır.

2007–2016-cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) rektoru vəzifəsində çalışmışdır. Azərbaycanda Sosial iş ixtisası üzrə ilk dəfə 16 nəfər mütəxəssis professor Asəf Zamanovun rəhbərliyi ilə BPKİYİ-də hazırlanmışdır.

2015–2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra etmişdir.

18 mart 2016-cı il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektorudur.[1]

2014-cü ildən Bakı şəhər Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədridir.

Ailəlidir, 4 övladı var.

Elmi dərəcə və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 1986-cı ildə aspiranturanı (əyani) bitirmiş, "Устойчивость полых цилиндрических тел под одновременным действием "мертвых" и "следящих" нагрузок" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
  • 2003-cü ildə "Собственные и вынужденные колебания пластин из композитного материала с искривленными структурами" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
  • 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attesasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir.
  • 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı;[2]
  • 2007-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının 100 illik yubiley medalı;
  • 2007-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir;

Beynəlxalq və Respublika elmi qurumlarında təmsilçiliyi

[redaktə | mənbəni redaktə et]
  • 1997-ci ildən Beynəlxalq Elmlər Akademiyaları Hesablama Riyaziyyatı üzrə Koordinasiya Komitəsinin üzvü;
  • 2001-ci ildən YUNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" Azərbaycan Komitəsinin üzvü;
  • 2004–2005-ci illərdə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü;
  • 2005–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika ixtisasları üzrə Ekspert Şurasının üzvü;
  • 2011-ci ildən ABŞ-da (ingilis dilində) və Latviyada (rus dilində) nəşr edilən impakt faktor göstəricili "Mechanics of Composite Materials" Beynəlxalq elmi jurnalının Beynəlxalq redaksiya heyətinin üzvü;[3]
  • 2015–2016-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü;
  • 2016-cı ildən ADPU-nun nəzdində fəaliyyət göstərən FD 02.061 Dissertasiya Şurasının sədr müavini;
  • 2004-cü ildən Beynəlxalq Mexanika-Maşınqayırma elmi jurnalının redaksiya heyətinin üzvü; "Nəzəri və tətbiqi mexanika", elmi jurnalının baş redaktorunun müavini;
  • 2016-cı ildən "Pedaqoji Universitetin Xəbərləri" ("Riyaziyyat və təbiət elmləri seriyası", "Humanitar elmlər seriyası") elmi jurnallarının baş redaktorunun müavini;
  • 2008-ci ildən "Azərbaycan məktəbi" jurnalının;
  • 2008-ci ildən "Tarix, İnsan və cəmiyyət" jurnalının;
  • 2006-cı ildən "Təhsildə İKT" elmi-metodik jurnalının;
  • 2017-ci ildən "Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri" jurnalının redaksiya heyətinin üzvüdür.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

110-dan çox elmi əsərin (30-dan çox məqalə SCI jurnallarda); 1 monoqrafiyanın ("Колебания пластин из композитного материала с искривленными структурами", Баку, Элм, 2011, 190 стр.); "Riyaziyyat" Texniki ali məktəblər üçün (Bakı, "Azərbaycan Nəşriyyatı", 2006,568 səh.) dərsliyinin və "Sosial işin əsasları" (Bakı, "Təhsil işçiləri mətbəəsi" MMC, 2015, 452 səh.) dərsliyinin, həmçinin 5 dərs vəsaitinin və s. müəllifidir. Əsərlərinin xeyli hissəsi nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunmuşdur. Rusiyada, Ukraynada, Özbəkistanda, Latviyada, Almaniyada, Fransada, ABŞ-da, İtaliyada, İsveçdə, İspaniyada, Cənubi Koreyada, Sinqapurda, Türkiyədə, İranda, Gürcüstanda elm və təhsil sahəsində keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, konfransların elmi bölmələrinə rəhbərlik etmişdir. Elmi rəhbərliyi ilə 9 fəlsəfə doktorluğu dissertasiyası hazırlanmış və müdafiə edilmişdir. Bir neçə monoqrafiya, dərslik və dərs vəsaitlərinin elmi redaktoru, dissertasiya işlərinin isə opponenti olmuşdur.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 2003–2014 — Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının professoru;
  • 2008–2016 — Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Riyaziyyat və informatika kafedrasının müdiri (ictimai əsaslarla), professoru;
  • 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasının professoru.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • A. D. Zamanov, M. I. Ismailov, S. D. Akbarov "The effect of viscosity of a fluid on the frequency response of a viscoelastic plate loaded by this fluid", "Mechanics of Composite Materials", Vol. 54, No. 1, 2018 pp. 41–52
  • A. D. Zamanov, S. M. Soltanova "Stability of a fiber surrounded by two shells in an elastic matrix" International Journals "Mechanics of Composite Materials", vol.49 № 5, 2013, pp. 483–492
  • A. D. Zamanov, İ. A. Akhundova "Delamination of two-layer corroded ring under radial vibrations" International Journals "Mechanics of composite materials", vol.48 № 1, 2012, pp. 153– 162
  • А. Д. Заманов "Колебания пластин из композитного материала с искривленными структурами" монография. Под редакцией академика АН Европы и АН Латвии, профессора В. П. Тамужс Баку, Элм-2011, 190 стр.[4]
  • S. D. Akbarov, E. R. Agasiyev and A. D. Zamanov. "Wave propagation in a pre-strained compressible elastic sandwich plate" European Journal of Mechanics A/Solids xxx (2011). pp. 1–14.
  • A. D. Zamanov and E. R. Agasiyev. "Dispersion of Lamb waves in a three-layer plate made of compressible materials with finite initial deformations" International journal Mechanics of Composite Materials, Vol.46, No.6, 2010, pp. 583–592.
  • A. D. Zamanov "Natural vibrations of a strip made of a composite material with a locally curved structure" Mechanics of Composite Materials, New York 2005, vol, 41 № 1, pp. 49–54
  • A. D. Zamanov "The effect of structural curvings on the stress distribution in a rigidly fixed composite plate under forced vibration" Mechanics of composite materials, New York, 2002, vol. 38, № 1, pp. 41–46
  • A. D. Zamanov "On the stress distribution in a rectangular thick plate of a composite material with curved structure under forced vibration." Mechanics of composite materials, New York, 1999, vol 35, № 4, pp. 301–306
  • А. Д. Заманов "Собственное колебание прямоугольной пластины из композитного материала с периодически искривленными структурами" Межд. научный журнал Прикладная механика, Киев, 1999, том 35, № 10, стр.68–73
  1. "Asəf Dağbəyi oğlu Zamanov". 2018-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-05.
  2. AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İŞÇİLƏRİNİN TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
  3. "Journal Mechanics of Composite Materials". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-05.
  4. "YENİ KİTABLAR Annotasiyalı biblioqrafik göstərici 2013 Buraxılış I" (PDF). 2022-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-05.