Amerika aqavası
Amerika aqavası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: ???: Amerika aqavası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Təbii halda Meksikada yayılan çoxillik bitkidir.
Botaniki təsviri
Şirəli, qalın yarpaqları bitkinin kök boğazından çıxaraq, sıx yarpaq yığımı əmələ gətirir. Yarpaqları boz-yaşıl rənglı, 2 m uzunluğunda, 20-25 sm enində olub, xətvari-neştərvaridir, uc hissəsi 3 sm. uzunluğunda hər iki tərəfi tikanlıdır. Yaşadığı dövrdə bir dəfə çiçək açır, çıçəkləmə qurtardıqdan sonra çoxlu kök pöhrələri əmələ gətirir və əsas bitki məhv olur. 20-25, bəzən isə 30-35 ildən sonra çiçək açır. Yarpaq yığımının mərkəzindən uzunluğu 10-12 m-ə qədər olan çiçək zoğu qalxır. Çiçək zoğunun ucunda 1 m uzunluğunda çoxlu sarımtıl zəngvari çiçəklər əmələ gəlir. Çiçəkləmə 8 aya qədər davam edir. Abşeron şəraitində yığılan aqava toxumları cücərmə qabiliyyətinə malik deyil, kök pöhrələri vasitəsi ilə asanlıqla çoxaldılır. Adətən toxumlar gövdənin altında cücərir.
Ekologiyası
Quraqlığa, küləyə işığa davamlı, qumlu, şoran torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması
Bakıda, Sumqayıtda, Ələtdə, Qobustanda və digər rayonlarda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi
Yaşıllaşdırmada, tək əkinlərdə istifadə edilir. Bir çox ölkələrdə yarpaqlarından kəndir istehsalında, gəmilərin hazırlanmasında istifadə edilir.
Məlumat mənbələri
Дeрeвья и кустaрники СССР. т.3.1954; Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
İstinadlar
- “Azərbaycan dendraflorasi” II cild, Baki, “Seda”, 2015, 392 səh.Tofiq Məmmədov
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 323.
- ↑ Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 45–48. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8