Komarov şorgiləsi

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 22:05, 2 sentyabr 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Komarov şorgiləsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Komarov şorgiləsi
Beynəlxalq elmi adı

Təbii yayılması:

Qafqaz, Rusiya (Aşağı Volqa), Qazaxıstan, Türkmənistan, Avstraliya, Mərkəzi Asiya, Afrika, Ərəbistan və Fələstində yayılmışdır.

Botaniki təsviri:

1-1,4 m hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları növbəli, sadə, ətlidir. Çiçəkləri sarımtıl və ya ağdır, qısa ayaqlarda, yumşaq, qoltuq qıvrımlarda yerləşir. May ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Meyvəsi giləmeyvə, sulu, oval çəyirdəkdir.



Еkоlоgiyаsı:

İşıqsevən bitkidir. Şorgilə növləri qumluqların təbii bərkidiciləri kimi istifadə edilə bilər. Təbiətdə dağətəyində və zərif bitkilər üçün az yararlı olan sahələrdə bitir.

Аzərbаycаndа yаyılmаsı:

Abşeronda rast gəlinir. Azərbaycanın nadir növüdür.

İstifаdəsi:

Tərkibi qələvi ilə zəngindir –sabun istehsalı üçün istifadə edilir. Bitkinin külündə karbon kaliumu (potaş) vardır, qumluqlarən təbii bərkidiciləri kimi istifadə edilə bilər.

Mənbə

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh