Komarov şorgiləsi (lat. Nitraria komarovii) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü.
Komarov şorgiləsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Komarov şorgiləsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qafqaz, Rusiya (Aşağı Volqa), Qazaxıstan, Türkmənistan, Avstraliya, Mərkəzi Asiya, Afrika, Ərəbistan və Fələstində yayılmışdır.
1-1,4 m hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları növbəli, sadə, ətlidir. Çiçəkləri sarımtıl və ya ağdır, qısa ayaqlarda, yumşaq, qoltuq qıvrımlarda yerləşir. May ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Meyvəsi giləmeyvə, sulu, oval çəyirdəkdir.
İşıqsevən bitkidir. Şorgilə növləri qumluqların təbii bərkidiciləri kimi istifadə edilə bilər. Təbiətdə dağətəyində və zərif bitkilər üçün az yararlı olan sahələrdə bitir.
Abşeronda rast gəlinir. Azərbaycanın nadir növüdür.
Tərkibi qələvi ilə zəngindir – sabun istehsalı üçün istifadə edilir. Bitkinin külündə karbon kaliumu (potaş) vardır, qumluqlarən təbii bərkidiciləri kimi istifadə edilə bilər.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine