Jaguar XJ - Jaguar Cars avtokonserninin 1968-ci ildən bu günə kimi istehsal etdiyi tam ölçülü lyuks avtomobillər seriyası. Jaguarın flaqmanı sayılan XJ "Mr. Jaguar" kimi tanınan Ser Uilyam Layonsun yaratdığı son avtomobildir. Hal-hazırki model 2009-cu ildə istehsal olunmağa başlayıb və Kral ailəsinin və Böyük Britaniyanın baş nazirinin rəsmi avtomobillərindən biridir.