Myanmada neft və təbii qaz sənayesi

Vikipediya saytından
Solavirum (müzakirə | töhfələr) (G.) tərəfindən edilmiş 22:35, 21 noyabr 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Myanmada neft və təbii qaz sənayesiMyanmada XIX əsrin əvvəllərində başlayaraq inkişaf edən və Myanma İttifaqı Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan iki sahə. Asiyanın ən mühüm neft və təbii qaz istehsalçısı olan Myanmada ilk xam neft ixracatı 1853-cü ildə başlamışdır. On illərlə davam edən izolyasiya, ölkəyə qoyulmuş sanksiyalar, texniki tutumluq azlığı, hökumətin qeyri-şəffaf daxili siyasəti və qeyri-kafi investisiya ölkənin uğurlu bir karbohidrogen sektoru yaratmaq səylərinə mane olmuşdur. Son dövrlərdə başlamış və yavaşca davam etməkdə olan siyasi islahatlar beynəlxalq cəmiyyətin Myanmaya qoyduqları sanksiyaları azaltmaqlarıyla nəticələnmişdir.