Myanmada neft və təbii qaz sənayesi — Myanmada XIX əsrin əvvəllərində başlayaraq inkişaf edən və Myanma İttifaqı Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan iki sahə. Asiyanın ən mühüm neft və təbii qaz istehsalçısı olan Myanmada[1] ilk xam neft ixracatı 1853-cü ildə başlamışdır.[2] On illərlə davam edən izolyasiya, ölkəyə qoyulmuş sanksiyalar, texniki tutumluq azlığı, hökumətin qeyri-şəffaf daxili siyasəti və qeyri-kafi investisiya ölkənin uğurlu bir karbohidrogen sektoru yaratmaq səylərinə mane olmuşdur.[3] Son dövrlərdə başlamış və yavaşca davam etməkdə olan siyasi islahatlar beynəlxalq cəmiyyətin Myanmaya qoyduqları sanksiyaları azaltmaqlarıyla nəticələnmişdir.
Birmadakı erkən Britaniya tədqiqatçıları 1795-ci ildə Yenandjaun qəsəbəsində böyük bir neft mənbəyi tapmışdılar.[4] Ərazidə yüzlərlə neft quyusu var idi və bunların hamısı 24 yerli ailənin əlində idi.
Britaniya Birması ilk xam neft barrelini 1853-cü ildə ixrac etmişdir.[5] Baş qərargahı London şəhərində olan Burmah Oil Company (BOC) 1871-ci ildə təsis edilmişdir və fəaliyyətin 1887-ci ildə Yenandjaun yatağında, 1902-ci ildə isə Çau yatağında başlamışdır. BOC bu sahədə 1901-ci ildə qədər monopoliya saxlamışdır. 1901-ci ildə American Standard Oil Company Birmada fəaliyyətə başlamışdır. Ölkədəki neft ehtiyatı Britaniya Hindistanının tələbatına cavab vermişdir. İkinci dünya müharibəsi və Yaponiyanın Birmanı işğal etməsindən əvvəl ölkə hər il 6.500.000 barrel istehsal edirdi.[6] 1948-ci ildə müstəqillik əldə etdikdən sonra Birma zəngin neft yataqları və güclü kənd təsərrüfatına görə Asiyadakı ən uğurlu ölkələrdən biri olaraq qalmışdır.
1963-cü ildə U Ne Vin rəhbərliyindəki sosialist hərbi rejim neft və təbii qaz sənayesini milliləşdirmişdir. Bu. iyirmi illik iqtisadi durğunluğa səbəb olmuşdur. 1989-cu ildə hərbi xunta xarici investisiyaları çoxaltmaq üçün ölkəni beynəlxalq cəmiyyətə açmağa başlamışdır. Britaniyanın Shell şirkəti 1991-ci ildə Yanqondan 50 uzaqda yerləşən Apyauk təbii qaz yatağında fəaliyyətə başlamışdır.[7]
Hal-hazırda Myanma təbii qaz istehsalatına daha çox diqqət ayırır. 2015-ci ildə əldə edilən məlumatlara görə Myanma Çin və Tailanda təbii qaz izrac edir.[3] 2012-ci ildə Myanmada 10.000.000.000 metr kub ölçüsündə təbii qaz ehtiyatı var idi. Ölkədəki neft ehtiyatı 2013-cü ildə 50.000.000 barrel idi.[8] Yenandjaun neft yatağı fəaliyyətinə hələ də davam edir.
Ölkədə neft və təbii qaz tədqiqatı üçün 51 quru və 53 sahil bloku var. Bu sahil bloklarının 26-sı dənizin dərinliklərində yerləşir.[6]
Myanmanın neft sahəsində fəaliyyətgöstərən əsas beynəlxalq neft şirkətləri – Total S.A., Essar Group, CNOOC, Petronas və Sinopec.[9]
Parami Energy Group və MPRL kimi yerli şirkətlər Myanmanın neft və təbii qaz sahəsində böyük rol oynayırlar. are some who are leading players in this field. Parami şirkətinin Baş Əməliyyat Direktoru Kvon Ven Yapa görə Myanmanın neft və təbii qaz sahəsinin şəffaf bir hökumətə ehtiyacı olduğunu demişdir.[10]