Zəngəzur armudu

Vikipediya saytından
Afruz93 (müzakirə | töhfələr) (Səhifə "{{Takson | adı = Zəngəzur armudu | aləmi = Bitkilər | şəkil = Pyrus zangezura .jpg | şəkil məlumat = | şəki..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 06:52, 26 yanvar 2019 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Zəngəzur armudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

Ermənistanda (Basarkeçər rayonu Məzrə kəndi, Sav-Çay dərəsi) yayılmışdır.

Botaniki təsviri

Budaqları çılpaq, iynəsiz, qonur qabıqla örtülmüş (yaşlandıqda bozumtul olur) 10 m-ə qədər hündürlükdə ağacdır. Yarpaqların üstü yaşıl, alt tərəfi açıq yaşıl, ellipsvaridən enli-lansetvariyədək, aşağı hissəsi enəlmiş, uzunluğu 5-9 sm, eni 3-5 sm-dir.Yarpağın ucu küt və ya bir az biz, kənar dişlidir. Tumurcuqların uzunluğu 0,5 sm-dək, ensiz-konusvaridən yumurtavariyədək. Aprel-may aylarında çiçəkləyir, avqust-sentyabr ayları arasında isə meyvəsi yetişir. Meyvələri armudşəkilli və ya təxminən şar şəkilli, bərktəhər, lətində çox miqdarda bərk hüceyrəlidir, sаncаqvаrı qаlınlаşmış sаplаqlıdır. Meyvələrin diametri təxminən 1,5 sm, qalxanlarda 7-8 ədəd yerləşir.


Ekologiyası

İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir.


Azərbaycanda yayılması

Kiçik Qafqazda və Naxçıvan MR təbii halda rast gəlinir.

İstifadəsi

Yaşıllaşdırmada tək və qrup əkinlərdə istifadəsi məqsədyönlüdür. Meyvəsi yeyinti sənayesində geniş istifadə olunur.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın SSR-nin "Qırmızı Kitabı".Bakı: İşıq, 1989,544 s.
  3. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  4. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  5. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  7. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  8. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  9. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.