Gültəkin Qafarova

Vikipediya saytından
Quliyev Malik (müzakirə | töhfələr) (Səhifə "{{Şəxs |Adı = Gültəkin Qafarova |Orijinal adı = Gültəkin Ələsgər qızı Qafarova |Şəkil = Gültəkin Qafarova.png |..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 11:34, 10 aprel 2019 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Gültəkin Qafarova
Doğum tarixi 15 avqust 1961(1961-08-15)
Doğum yeri
Vəfat tarixi 12 yanvar 2009(2009-01-12) (47 yaşında)
Vəfat yeri

Gültəkin Qafarova (Tam adı: Gültəkin Ələsgər qızı Qafarova; d.1961, Bakı - ö.2005, Bakı— tibb bacısı

Həyatı və fəaliyyəti

Gültəkin Qafarova 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1995-1997-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu fərqlənmə ilə bitirmişdir. 1978-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü olmuşdur. 1979-1988-ci illər ərzində AzQAC Nəsimi rayon bölməsində patronaj tibb bacısı vəzifəsində çalışmışdır. 1993-2001-ci illər ərzində AzQAC Nərimanov, 2002-2006-cı illərdə isə Qaradağ rayon bölməsində patronaj tibb bacısı vəzifəsində işləmişdir. 2006-2008-ci illər ərzində AzQAC Katibliyinin Sağlamlıq və qayğı şöbəsində baş tibb bacısı vəzifəsində çalışmışdır. Ayrı-ayrı illərdə o, Azərbaycan QAC-ın İcraiyyə Komitəsinin üzvü, müxtəlif konfrans və Baş Məclislərinin nümayəndəsi olmuşdur. Gültəkin Qafarova-Əsgərzadənin evdə qulluq sahəsində böyük təcrübəyə malik olduğundan o, 1996-2000-ci illər ərzində Cəmiyyətdə həyata keçirilən “Mərhəmət”adlı layihəyə cəlb olunmuşdur. Layihə çərçivəsində Gültəkin Qafarova-Əsgərzadə fəal iştirakçılarından biri olmuşdur. Gültəkin Qafarova-Əsgərzadə tərəfindən apardığı fəaliyyətinə dair dövri mətbuatda və jurnallarda, bir çox məqalə dərc olunmuş, müxtəlif telekanallarda televiziya süjeti hazırlanmış, radio müsahibəsi lentə yazılmışdır.

Vəfatı

2005-ci ildə Gültəkin Qafarova-Əsgərzadə ağır xəstəliyə ducar olan Gültəkin xanım 2008-ci ildə Bakı şəhərində ağır xəstəlikdən sonra 48 yaşında vəfat etmişdir.

Xatirəsi

2010-cu ildə isə Gültəkin Qafarovanın vaxtı ilə təhsil aldığı 158 saylı orta məktəbdə “Mərhəmət sorağında” adlı xatirə lövhəsi təşkil olunmuşdur.

Mükafatları

Fayl:Mükafat.png
Florence Nightingale

AzQAC-də göstərdiyi fəaliyyət müddətində Gültəkin Qafarova-Əsgərzadə bir çox təlim, seminar, konfransda iştirak edərək, “Fəxri Fərmanlar”, diplom və tərifnamələrlə təltif olunmuşdur: “Почетная Грамота”(1988), Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Fəxri Fərman”ları (1995, 2001, 2005), "Sosial iş, nəzəriyyə və təcrübə" Azərbaycan QAC-ın sertifikatı (2006), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında fəal iştirakına görə Tərifnamə (2006). 2009-cu ildə isə o, vəfatından sonra Beynəlxalq Qızıl Xaç-Aypara Hərəkatının təbliğində xüsusi fəallığına, AzQAC-in fəaliyyətində və həssas təbəqədən olan insanlara tibbi-sosial qayğı göstərilməsində, eləcə də respublikada səhiyyə-maarifi işinin təşkilində, qan donorluğunun inkişafında səmərəli xidmətlərinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin ən yüksək mükafatına “Florence Nightingale” medalına layiq görülmüşdür. [1]

Filmoqrafiya

İTV kanalında onun həyatından bəhs edən "Yarımçıq qalmış arzular" adlı film hazırlanmışdır.

Xarici keçidlər

İstinadlar

  1. AZƏRBAYCANIN TİBB BACILARI BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞLƏR