Gültəkin Qafarova

Gültəkin Ələsgər qızı Qafarova (15 avqust 1961, Bakı12 yanvar 2009, Bakı) — tibb bacısı. "Florens Naytingel" medalı mükafatçısı.

Gültəkin Qafarova
Gültəkin Ələsgər qızı Qafarova
Doğum tarixi 15 avqust 1961(1961-08-15)
Doğum yeri
Vəfat tarixi 12 yanvar 2009(2009-01-12) (47 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Mükafatları "Florens Naytingel" medalı

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Gültəkin Qafarova 1961-ci ildə avqustun 15-də Bakı şəhərində anadan olmuşdur. 1995–1997-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu fərqlənmə ilə bitirmişdir. 1978-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü olmuşdur.

1979–1988-ci illər ərzində AzQAC Nəsimi rayon bölməsində patronaj tibb bacısı vəzifəsində çalışmışdır.

1993–2001-ci illər ərzində AzQAC Nərimanov, 2002–2006-cı illərdə isə Qaradağ rayon bölməsində patronaj tibb bacısı vəzifəsində işləmişdir.

2006–2008-ci illər ərzində AzQAC Katibliyinin Sağlamlıq və qayğı şöbəsində baş tibb bacısı vəzifəsində çalışmışdır. Ayrı-ayrı illərdə o, Azərbaycan QAC-ın İcraiyyə Komitəsinin üzvü, müxtəlif konfrans və Baş Məclislərinin nümayəndəsi olmuşdur. Gültəkin Qafarova-Əsgərzadənin evdə qulluq sahəsində böyük təcrübəyə malik olduğundan o, 1996–2000-ci illər ərzində Cəmiyyətdə həyata keçirilən "Mərhəmət"adlı layihəyə cəlb olunmuşdur. Layihə çərçivəsində Gültəkin Qafarova-Əsgərzadə fəal iştirakçılarından biri olmuşdur. Gültəkin Qafarova-Əsgərzadə tərəfindən apardığı fəaliyyətinə dair dövri mətbuatda və jurnallarda, bir çox məqalə dərc olunmuş, müxtəlif telekanallarda televiziya süjeti hazırlanmış, radio müsahibəsi lentə yazılmışdır.

AzQAC-də göstərdiyi fəaliyyət müddətində Gültəkin Qafarova-Əsgərzadə bir çox təlim, seminar, konfransda iştirak edərək, "Fəxri Fərmanlar", diplom və tərifnamələrlə təltif olunmuşdur: "Почетная Грамота"(1988), Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Fəxri Fərman"ları (1995, 2001, 2005), "Sosial iş, nəzəriyyə və təcrübə" Azərbaycan QAC-ın sertifikatı (2006), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında fəal iştirakına görə Tərifnamə (2006).

2009-cu ildə isə o, vəfatından sonra Beynəlxalq Qızıl Xaç-Aypara Hərəkatının təbliğində xüsusi fəallığına, AzQAC-in fəaliyyətində və həssas təbəqədən olan insanlara tibbi-sosial qayğı göstərilməsində, eləcə də respublikada səhiyyə-maarifi işinin təşkilində, qan donorluğunun inkişafında səmərəli xidmətlərinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin ən yüksək mükafatına ""Florens Naytingel" medalı"na layiq görülmüşdür.[1][2][3]

İTV kanalında onun həyatından bəhs edən "Yarımçıq qalmış arzular" adlı film hazırlanmışdır.

2010-cu ildə isə Gültəkin Qafarovanın vaxtı ilə təhsil aldığı 158 saylı orta məktəbdə "Mərhəmət sorağında" adlı xatirə lövhəsi təşkil olunmuşdur.

2005-ci ildə Gültəkin Qafarova-Əsgərzadə ağır xəstəliyə ducar olan Gültəkin xanım 2009-cu ilin 12 yanvar tarixində Bakı şəhərində ağır xəstəlikdən sonra 48 yaşında vəfat etmişdir.

  1. "АЗЕРБАЙДЖАНСКИЕ МЕДСЕСТРЫ УДОСТОЕНЫ МЕЖДУНАРОДНОЙ ПРЕМИИ". Azertag.az (rus).
  2. "Две медицинские сестры из Азербайджана награждены медалью МККК им. Флоренс Найтингейл". Apa.az (rus).
  3. "Две азербайджанские медсестры удостоены высшей награды движения МККК". 1news.az.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]