Çöküntütoplanma

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Elmi nəzəriyyə

Çöküntütoplanmada fasilələr - yer səthinin bu və ya digər sahəsində çöküntülərin toplanmadığı müxtəlif zaman intervalları; süxur qatlarının bütün kəsilişlərində müşahidə edilir. Çöküntütoplanmada fasilələr qısamüddətli və iri regional qalxma mərhələlərinə uyğun gələn böyük zaman intervallarına (bir neçə dövr, hətta eralar) qədər davam edə bilər. Fasilələr aşınma qabığının olması ilə özünü göstərə bilər və ya əvvəl əmələ gəlmiş çöküntülərin, hətta böyük qalınlıqlı çöküntü qatlarının yuyulması ilə müşayiət edilə bilər. Belə hallarda isə çöküntü qatı daxilində aydın seçilən uyğunsuzluqlar müşahidə edilir. Bəzən fasilə (adətən, qısamüddətli) yuyulma ilə müşayiət olunmur və ancaq çöküntütoplanmanın dayandığını göstərir və çöküntü süxur təbəqəliliyində əks olunur. Qısamüddətli çoxsaylı fasilələr (yuyulmanın olub-olmamasından asılı deyil) üçün Barell (Barrell, 1917) diastem terminini təklif etmişdir. Belə fasilələrin varlığı kəsilişlərin hətta uyğunsuzluq və aydın yuyulma izləri olmayan hissələrində uzun sürən çöküntütoplanma müddətilə çöküntülərin qalınlığı arasında kəskin fərqin olması ilə izah edilir.

Mənbə

Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.