Hədəf liseyi

Vikipediya saytından
Quliyev Malik (müzakirə | töhfələr) (Səhifə "'''Hədəf liseyi''' - “''Hədəf Kursları''” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEM qısaltmasının təmsil et..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 12:06, 30 aprel 2019 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Hədəf liseyi - “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir.

STEM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları, təhsil sistemlərində STEM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında “mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki” olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Hədəf Şirkətlər Qrupunun Hədəf liseyi, Hədəf kursları, Hədəf nəşrləri, Hədəf qlobal, Hədəf multimediya mərkəzi, Hədəf İdman Klubu və b. qolları da vardır.[1]

Hədəf kursları

Hədəf Kursları təsis olunduğu gündən etibarən təhsil və maarifçilik sahəsində nümunəvi fəaliyyəti ilə fərqlənməkdədir. Qrupun nəzdində yaradılmış ilk şirkət olan Hədəf Kursları tanınmış pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin təşəbbüsü ilə və Vüqar Tarquliyevlə birgə təsis edilmişdir. Hədəf Kursları 2008-ci ilin may ayının 12-də dövlət qeydiyyatından keçmiş və həmin tarixdən etibarən fəaliyyətinə başlamışdır. Kurs qısa müddət ərzində milli təhsil brendinə çevrilməyi bacarmış və bir çox uğura imza atmışdır. Təsisindən bu günə qədər keçən zaman ərzində Hədəf Kursları daima inkişaf etmiş və yeddi filial (Nizami, Xırdalan, Neftçilər, Azadlıq, Sumqayıt, Əhmədli və 20 Yanvar filialları) açmışdır. Eyni zamanda Hədəf Şirkətlər Qrupu da öz fəaliyyətini genişləndirmiş və qrup nəzdində maarifçilik sahəsində fəaliyyət göstərən bir neçə şirkət təsis olunmuşdur. Kursun yaradılmasında əsas məqsəd şagirdlərə ali məktəbə gedən yolda hədəflərini gerçəkləşdirmək üçün səmərəli bilik vermək və düzgün seçim etmələri üçün onlara müasir inkişaf istiqamətlərini göstərməkdir. [2]

Hədəf nəşrləri

Hədəf Kurslarının böyük uğurlarından biri də, istifadə etdiyi dərs vəsaitlərini tərtib edib nəşr etdirməsi olmuşdur. 2009-cu ildə Hədəf Şirkətlər Qrupu nəzdində Hədəf Nəşrləri nəşriyyat evi təsis olunmuşdur. Nəşriyyat yarandığı ilk gündən etibarən yerli və beynəlxalq kitab sərgilərində fəal iştirak etmişdir. Nəşriyyatın nəşr etdiyi dərs vəsaitlərindən “Azərbaycan dili” kitabı 2010-ci ildə, “Ədəbiyyat” kitabı 2011-ci ildə “İlin Kitabı”, “Biologiya” dərs vəsaiti 2015-ci ildə Türkmənistan Respublikasında keçirilən müsabiqədə “İlin Dərs Vəsaiti” nominasiyasında birinci yerə layiq görülmüşdür. Hədəf Nəşriyyatı isə “İlin ən yaxşı nəşriyyatı” (YYSQ, 2010-cu il) və “İlin ən fəal tərəfdaşı” (AR Mədəniyyət və Turizm Nazirliyi, 2011-ci il) mükafatlarının sahibidir.[3]

Hədəf qlobal

Hədəf Global şirkəti xaricdə təhsil, tədqiqat və təcrübə mübadiləsi imkanlarının yaradılması üçün fəaliyyət göstərir. Prinsipi akademik maneələri mümkün qədər azaltmağa çalışmaqla xaricdə təhsil almaq arzusunda olan hər kəsə bu imkanı təklif etməkdir. Qlobal miqyasda yaratdıqları əməkdaşlıqlar, Akademik həmkarlar və təhsil tərəfdaşları ilə yanaşı, xaricdə təhsil alarkən tələbələrin təhsil həyatına inteqrasiyası və innovasiya proqramları vasitəsilə təhsil fəaliyyətlərində iştirak etmələri üçün digər qurumlarla da beynəlxalq əlaqələrin qurulmasını hədəfləmişdir.[4]

Hədəf Multimedia Mərkəzi

Hədəf Multimedia Mərkəzi 2016-cı ildə yaradılmışdır. Mərkəzin komandası qrafik dizaynerlər, veb dizaynerləri, proqramlaşdırma və informasiya texnologiyaları sahələrində peşəkar mütəxəssislərdən formalaşmışdır. Mərkəz, fərdi və korporativ müştərilər üçün proqramlaşdırma, dizayn və İT sahəsində həllər təklif edir.

İstinadlar