Azadlıq — əsasən müxtəlif hallar (proseslər/hadisələr) arasında heç bir təzyiq olmadan fərdi seçim imkanıdır. Ümumi şəkildə qərar qəbul edən subyektin vəziyyətini göstərir.
İmmanuel Kant ilk dəfə olaraq azadlığı mənfi və müsbət olaraq iki qrupa bölmüşdür. Ser İsaiah Berlin adlı filosof "Azadlığın iki konsepti"ni belə şərh etmişdir:
Mənfi azadlıq üçün misal kimi onu göstərk olar ki, məsələn hər hansı bir şəxs öz fikrini azad ifadə edən zaman o başqası və ya senzura ilə susdurulmasın. Müsbət azalıq isə o deməkdir ki, bu şəxs öz fikrini ifadə edən zaman kommunikasiya vasitələrindən və medya azadlığından istifadə edərək öz fikrini həqiqətən açıqlaya bilir.
Niklas Luhman isə azadlığı dərketmə ilə əlaqələndirir: Azadlıq ona məhdudiyyət qoyulmasının hiss olunmamamsı kimi də başa düşülə bilər.
İnsan davranışının müəyyən olunmasında konstitusiya və ya qanunla təmin olunan hüquq azadlıq kimi baxıla bilər. Ancaq bu subyektiv şəkildə mövcuddur. Dövlətin uyğun vəzifələrinə uyğun insan hərəkətlərinin idarəsi üçün hüquq daha çox dəqiq hüquqi mexanizmlərin olmasını tələb edir (məsələn əmək hüququ olanları işlə təmin etmək).
Azadlıq və zərurət insan fəaliyyəti ilə təbiət və cəmiyyət qanunlarıın qarşılıqlı münasibətini ifadə edən fəlsəfi kateqoriyalardır. Fəlsəfədə azadlıq və zərurət məsələsini ilk dəfə Spinoza az-çox dürüst izah edib göstərmişdir ki, insan fəaliyyətinin azadlığı bu fəaliyyətin nə dərəcədə səmələri olması ilə müəyyənləşdirilir. Hegel bu sahədə xeyli qabağa gedib göstərirdi ki, azadlıq dərk edilmiş zərurətdir. Marksist fəlsəfəyə görə azadlıq gerçəkliyin obyektiv qanunlarını, zərurətini dərk etməklə onlardan cəmiyyətin mənafeyinə əməli surətdə istifadə edilməlisidir. Zərurət isə hadisələrin daxili əlaqələri və qarşılıqlı təsirindən doğur. Maddi aləmin obyektiv qanunları hadisələrin zəruri əlaqələrinin təzahürüdür. Volüntaristlər, indeterministlər hesab edirlər ki, insan iradəcə mütləq azaddır, onun hərəkət və davranışları obyektiv gerçəklik və qanunlardan asılı deyil. Din və fatalizm tərəfdarları isə iddia edirlər ki, dünyada hər şey ilahi qüvvə tərəfindən, zərurətlə müəyyən edilir və insan bu zərurət qarşısında acizdir. Azərbaycan-sovet marksist filosoflarına görə, hər iki ideya nəticə etibarilə kütlələri inqilabi mübarizədən çəkindirir, hər cür zülmə, əsarətə, siyasətdə özbaşınalığa, avantürizmə haqq qazandırır.[1]
Marksist fəlsəfə azadllıq və zərurətə qarşılıqlı əlaqədə baxır. Dialektik materializmə görə zərurət, qanunauyğunluq birinci, iradə və şüur isə ikincidir. Nə qədər ki, zərurət dərk edilməmişdir, insan onun əsiridir, elə ki, dərk edildi, insan ona hakim olur. Azad fəaliyyət yalnız zərurəti dərk etmək əsasında mümkündür. Fridrix Engels yazmışdır ki, "deməli iradə azadlığı, işi bilmək əsasıda bir qərara gəlmək qabiliyyətindən başqa bir şey deyillər". Dərk edilmiş zərurət olan azadlıq tarixi inkişafın məhsuludur. İlk ictimai əmək bölgüsündən ictimai inqilabların dərk edilməsinə və sosializmin inkişaf qanunlarının kəşfinə qədər elm, texnika və mədəniyyət sahəsindəki hər bir yenilik azadlığa doğru irəliləyiş olmuşdur. Kommunizmdə, insanların öz ictimai fəaliyyətinin qanunları işə tam bələdliklə tətbiq edəcəyi zaman, Engelsə görə, "onların hərəkətə gətirəcəkləri ictimai səbəblər insanların öz arzu etdikləri nəticələri ən çox dərəcədə və getdikcə daha artıq bir miqyasda təmin edəcəkdir. Bu, bəşəriyyətin zərurət aləmindən azadlıq aləminə sıçarmasıdır".[1]