300 araqvinli körpüsü

Vikipediya saytından
Qolcomaq (müzakirə | töhfələr) (Səhifə "{{Körpü |adı =300 araqvinli körpüsü |orijinal adı = {{dil-ka|300 არაგველის ხიდიდი}} |şəkil..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 08:58, 6 iyul 2019 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
300 araqvinli körpüsü
gürc. 300 არაგველის ხიდიდი
Xəritə
41°40′59″ şm. e. 44°49′35″ ş. u.
Keçid avtomobillər və piyadalar üçün
Yeri Tbilisi
Material dəmir-beton
Açılışı 1851

Şota Şalikaşvili körpüsü (gürc. 300 არაგველის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Ortaçala su anbarının üzərində yerləşir. Metexi körpüsü (axar ilə aşağıda) ilə Dimitri Quliya körpüsü (axarı ilə yuxarı) arasında yerləşir.


Adı

Körpü bu ərazidə hələ XIX əsrin ortalarında mövcud olmuşdur. Körpü Tiflisin sakini olan İvan Mnasakanovun adını daşımışdır. O, 25 min rublu körpüdən şəhər sakinlərinin sərbəst keçidi üçün verir[1]. Adanın müasir adı 300 araqvinlinin şərəfinə verilmişdir. körpü bu adı 1952-ci ildə almışdır.

Tarixi

XV əsrdə müasir körpünün yerləşdiyi ərazidə Katex körpüsü vardı. Bu körpü iribaş heyvanların otlaqlara aparılması məqsədi ilə istifadə edilirdi. I Şah Abbasın XIX ərin əvvəllərində Kartli və Kaxetiyaya hücumu zamanı körpü dağıdılmışdır. 1851-ci ildə Qaqenmeysterin rəhbərliyi altında bir aşırımlı taxta körpü inşa edilmişdir. İlk əvvəllər kğörpü pullu olur. Körpü Tiflisin sakini olan İvan Mnasakanovun 25 min rublu şəhər sakinlərinin lehinə verməsi sayəsində sərbəst keçid təmin edilir. 1866-cı ildə körpü istifadəsiz vəziyyətə gəlir və dağılır. 1877—1878-ci illərdə, Rusiya-Osmanlı müharibəsi zamanı eyni ərazidə bərə daşımaçılığı mövcud olur. 1882-ci ildə bu ərazidə bir aşırımlı dəmir körpü inşa edilir. Körpünün uzunluğu 95 metr olur. ХХ əsrin əvvəllərində bu Tiflisdə mövcud olan altı körpüdən biri olur. Körpü 1952-ci ilə qədər mövcudluğunu qoruyur. Bu zaman burada Ortaçala SES inşa edilir. Hazırda hazırki körpünün sağ sahil hissəsində «Krasanis» restoranı fəaliyyət göstərir.

1952-ci ildə inşa edilən dəmir-betron konstruksiyalı körpü mühəndis O. Barationi, T. Marqelaşvili və mühədislər Q. Karsiovadze və Q. Silosaninin layihəsi əsasında hazırlanmışdır.


İstinadlar