300 araqvinli körpüsü (gürc. 300 არაგველის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Ortaçala su anbarının üzərində yerləşir. Metexi körpüsü (axar ilə aşağıda) ilə Dmitri Quliya körpüsü (axarı ilə yuxarı) arasında yerləşir.
300 araqvinli körpüsü | |
---|---|
gürc. 300 არაგველის ხიდიდი | |
41°40′59″ şm. e. 44°49′35″ ş. u.HGYO | |
Keçid | avtomobillər və piyadalar üçün |
Yeri | Tbilisi |
Material | dəmir-beton |
Açılışı | 1851 |
Körpü bu ərazidə hələ XIX əsrin ortalarında mövcud olmuşdur. Körpü Tiflisin sakini olan İvan Mnasakanovun adını daşımışdır. O, 25 min rublu körpüdən şəhər sakinlərinin sərbəst keçidi üçün verir[1]. Adanın müasir adı 300 araqvinlinin şərəfinə verilmişdir. körpü bu adı 1952-ci ildə almışdır.
XV əsrdə müasir körpünün yerləşdiyi ərazidə Katex körpüsü vardı. Bu körpü iribaş heyvanların otlaqlara aparılması məqsədi ilə istifadə edilirdi. I Şah Abbasın XIX ərin əvvəllərində Kartli və Kaxetiyaya hücumu zamanı körpü dağıdılmışdır. 1851-ci ildə Qaqenmeysterin rəhbərliyi altında bir aşırımlı taxta körpü inşa edilmişdir. İlk əvvəllər körpü pullu olur. Körpü Tiflisin sakini olan İvan Mnasakanovun 25 min rublu şəhər sakinlərinin lehinə verməsi sayəsində sərbəst keçid təmin edilir. 1866-cı ildə körpü istifadəsiz vəziyyətə gəlir və dağılır. 1877—1878-ci illərdə, Rusiya-Osmanlı müharibəsi zamanı eyni ərazidə bərə daşımaçılığı mövcud olur. 1882-ci ildə bu ərazidə bir aşırımlı dəmir körpü inşa edilir. Körpünün uzunluğu 95 metr olur. ХХ əsrin əvvəllərində bu Tiflisdə mövcud olan altı körpüdən biri olur. Körpü 1952-ci ilə qədər mövcudluğunu qoruyur. Bu zaman burada Ortaçala SES inşa edilir. Hazırda hazırkı körpünün sağ sahil hissəsində «Krasanis» restoranı fəaliyyət göstərir.
1952-ci ildə inşa edilən dəmir-beton konstruksiyalı körpü arxitektorlar O. Barationi, T. Marqelaşvili və mühədislər Q. Karsiovadze və Q. Silosaninin layihəsi əsasında hazırlanmışdır.