Ramin Həsənov

Vikipediya saytından
Azgerembassy (müzakirə | töhfələr) (Diplomatik rütbənin verilməsi https://president.az/articles/33781) tərəfindən edilmiş 10:19, 12 iyul 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ramin Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 7 noyabr 1977 (1977-11-07) (46 yaş)
Təhsili
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsənov Ramin Müzəffər oğlu (d. 7 noyabr 1977) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri.

Həyatı

Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998-2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir.

Azərbaycan, alman, ingilis, rus və türk dilləri bilir.

Evlidir, iki övladı var.

Diplomatik karyerası

Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin AvropaKanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır. 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin attaşesi və üçüncü katibi vəzifələrində işləmişdir. 2003-2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birinci Qərb İdarəsinin üçüncü katibi və ikinci katibi olmuşdur. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində ikinci katib vəzifəsində çalışmışdır. 2005-2009-cu illərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyin ikinci katibi, birinci katibi və müşaviri vəzifələrində işləmişdir. 2009-2010-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində şöbə müdiri, 2010-2013-cü illərdə idarə rəisinin müavini olmuşdur. 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 2016-cı ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. 24 iyul 2009-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 90 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2012-ci il tarixli 2340 nömrəli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.[1] Ramin Həsənov Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanı çoxsaylı ikitərəfli və çoxtərəfli tədbirlərdə təmsil etmişdir. 7 sentyabr 2016-cı ildən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiridir.[2] Azərbaycan Respublikasının Prezidentinin 9 iyul 2019-ci il tarixli 1320 nömrəli sərəncamı ilə Ramin Həsənova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir [3].

İstinadlar