Əlahiddə Ümumqoşun Ordu

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (Kateqoriya:Naxçıvan əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 11:38, 21 avqust 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu - Azərbaycan Milli Ordusunun Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi

Tarix

Naxçıvanda Azərbaycan milli ordusunun yaradılmasına ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi ­ 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın ­ 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir və Komitənin ilk sədri Elman Abbas oğlu Abbasov təyin edilmişdir. [mənbə göstərin]

Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan N saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı N saylı hərbi hissəyə təhvil verilmişdir. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu Korpusu yaradılmışdır.[1]

Əlahiddə ümumqoşun ordusunun təşkili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır.

İstinadlar

  1. http://www.serqqapisi.az/index.php/ictimai-siaysi/13070-ordumuz-gurur-maenbaeyimizdir