Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1944-cü ildə 1969-cu ilə qədər çalışdığı dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilib. O, 1949–1950-ci illərdə Dövlət Təhlükəsizliyi KomitəsininLeninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoyub. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ildə Bakıya qayıdan Heydər Əliyev sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
H. Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə (1971-ci, 1973-cü, 1976-cı, 1979-cu, 1983-cü illər), Qırmızı Ulduz ordeni ilə (1962-ci il), çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979-cu və 1983-cü illər), həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
Heydər Əliyev Azərbaycan tarixinin XX əsrdə əhəmiyyətli simalarından biri hesab edilir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində onun xidmətləri böyükdür. 1993-cü ildə o, prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitlik bərpa olunub və mühüm dövlət təsisatları yaradılıb.[11] Heydər Əliyevin rəhbərliyi ilə əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilib. 1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi olan Bişkek protokolu imzalanıb. Azərbaycanın ilk konstitutsiyası qəbul edilib, parlament seçkiləri baş tutub. Onun təşəbbüsü və səyi nəticəsində Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən "Əsrin müqaviləsi" adlanan neft sazişi imzalanıb.[12]
Heydər Əliyev 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[15] 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[16] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[16][17] H. Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[18]
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[19] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[20] 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[21]
Sov. İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[26]
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[14]
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[27] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[28]
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərindəSurət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın ozamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[29]
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[30] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[31] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[32] Heydər Əliyev Azərbaycanın zəngin neft və qaz resurslarından səmərəli şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qura bilmişdi və ölkədəki digər siyasi güclər onunla rəqabət apara bilmirdi.[33]
1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[32]
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[34]
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[35]
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[35] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.[36][37]
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y. V. Andropov adına mükafat — 2003[83]
ABŞ-nin Linkoln Universitetinin fəxri doktoru — 2003[84]
Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru — 2003[85]
Avropa Güləş Federasiyasının "Qızıl boyunbağı" fərqlənmə nişanı — 2002[86]
Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı — 2002[53]
"Heydər Əliyev" ordeni Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir.[102]
Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verirdi. Ötən əsrin 70-80-ci illərində onun rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. Həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdır.
O dönəmdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır.
1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlmişdi. Çox qısa müddətdə komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə minmişdi. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi.
Heydər Əliyev azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi, ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinə dövlət mükafatı verməsi Heydər Əliyevin bu sahədə gördüyü mühüm addımlardan biridir.
İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi.
1997-ci il yanvarın 31-də Heydər Əliyevin Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlər qrupu ilə görüşündən sonra, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ulu öndərin tövsiyələrini rəhbər tutaraq akademiyada islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair qərarlar qəbul etmiş və tədbirlər həyata keçirmişdi. Eyni zamanda, "Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar" konsepsiyası hazırlanmışdı.
Demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycan dövləti üçün insan hüquqları və azadlıqları problemlərinə dair elmi tədqiqat işlərinin aparılması məqsədilə Heydər Əliyevin sərəncamı ilə 1999-cu ilin sentyabrında AMEA İctimai Elmlər Bölməsi nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.[114]
Heydər Əliyevin sərəncamı ilə yaradılmış təhsil müəssisələri (siyahı)
Azərbaycan terrorizmə qarşı əməli mübarizəni dəstəkləmək üçün öz hava məkanını və hava limanlarını açıq elan edib. Azərbaycan qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulub. Bu cür fəaliyyət strategiyasının banisi Heydər Əliyevdir və bu siyasətin sayəsində Azərbaycanı beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından birinə çevirib.
Heydər Əliyev 2001-ci ilin 11 sentyabr hadisələrinə dərhal reaksiya verərək, həmin terror aktlarını bütövlükdə bəşəriyyətə, insanlığa qarşı ən dəhşətli cinayət kimi pisləmiş, Azərbaycanın terrorla mübarizədə hər zaman fəal mövqe tutacağını bəyan etmişdir.[120]
Terrorizmlə mübarizədə Heydər Əliyev bir sıra qanunlar qəbul etmişdir:
Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu (18 iyun 1999-cu il № 687-IQ)[121]
"Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə Azərbaycan Respublikasının Qanunu (1 oktyabr 2001-ci il)
Bomba terrorizmi ilə mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə Azərbaycan Respublikasının Qanunu (2 fevral 2001-ci il)
"Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (17 may 2002-ci il)
"Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında" Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu (9 noyabr 1999-cu il)
"Adamların girov götürülməsinə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu (9 noyabr 1999-cu il)
Terrorizmlə mübarizə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam etdirilir.[122]
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən müvafiq ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Gənclər siyasətinin əsas məqsədi yaşı 29-dək olan insanların fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir.
Dövlətin gənclər siyasətinin çox geniş bir spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, şəxsi problemlərinin həlli, hüquqlarının müdafiəsi, ölkənin ictimai-siyasi, mədəni həyatında iştirakı, gənclər təşkilatlarının fəaliyyəti, beynəlxalq əlaqələri və s. ilə bağlı məsələləri əhatə edir.
Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasəti məhz 1993-cü ildən həyata keçirilməyə başlanılmış və bu iş bilavasitə Heydər Əliyevin adı ilə bağlı olmuşdur.[123]
Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində hələ respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmiş, o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.
Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993–2003-cü illərdə dövlət gənclər siyasətinin əsas prinsipləri müəyyənləşdirilmiş, bu sahəni tənzimləyən normativ-hüquqi baza yaradılmış, gənclər siyasətini həyata keçirən dövlət strukturları formalaşdırılmış, gəncliyin ölkənin ictimai-siyasi həyatında fəal iştirakına, mənəvi-iqtisadi problemlərinin həllinə yönəlmiş proqram və layihələr həyata keçirilmişdir.
1996–2002-ci illərdə "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" qərarların, habelə "Gənc ailə" proqramı, "gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" dövlət sənədləri qəbul olunmuşdur.
Heydər Əliyev 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalamış və buununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başlanmışdır.
Heydər Əliyevin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix "Azərbaycan gəncləri günü" elan edilmişdir. Bu MDB və Şərqi Avropa ölkələri arasında ilk belə addım idi.[124]
Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu öndər 1999-cu il iyunun 29-da "Dövlət Gənclər Siyasəti haqqında" Fərman imzalamışdır. Fərmanda dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində həllini gözləyən bir sıra problem və məsələlərin mövcudluğu qeyd edilir, bu problemlərin elmi şəkildə öyrənilməsi, ayrı-ayrı dövlət hakimiyyətinin və idarəetmə orqanlarının gənclərlə iş üzrə əlaqəli və məqsədyönlü fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılması vacibliyi vurğulanırdı.
Fərmana müvafiq olaraq "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalamışdır. "Dövlət gənclər siyasəti haqqında" 3 fəsildən və 14 maddədən ibarət qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi və bu sahədə yaranan münasibətləri tənzimləməyə başladı.
Gənc ailələrə dövlət qayğısının artırılması məqsədilə ölkənin aparıcı mütəxəssis və ekspertlərinin iştirakı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "Gənc ailə" proqramı hazırlandı.
2000-ci illərin əvvəllərində sahibkarlığa kömək sistemi çərçivəsində təşkil olunmuş treninq, kurs və seminarlarda 3000-dək sahibkar xüsusi hazırlıq keçmişdi ki, onların əksəriyyətini gənclər təşkil etmişlər. 2002-ci ildə Bakıda Gənclər və İdman Nazirliyi tərəfindən "Sahibkarlığın inkişafında gənclərin rolunun artırılması" mövzusunda isə dəyirmi masanın keçirilməsi gənc sahibkarların problemlərinə dövlət səviyyəsində diqqətin artmasını sübut edirdi.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur.
Heydər Əiyev istedadlı gənclərə diqqət və qayğını artırmaq üçün "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" 22 iyun 1996-cı il tarixli və " Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında" 6 dekabr 1999-cu il tarixli fərmanlar imzalamışdır.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.
I Forum — 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etmişdir.
Dövlət Neft Fondunun əsas gəlirləri və vəsaiti gələcək nəsillər üçün əmanət kimi saxlanılacaqdır. Gələcək nəsillər, gənclər Neft Fondunun imkanlarından səmərəli istifadə edəcəklər.
[125]
1993–2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Turizm haqqında", "Nəşriyyat işi haqqında", "Muzeylər haqqında", "Arxiv fondu haqqında", "Memarlıq fəaliyyəti haqqında" qanunlar, bir sözlə, 2003-cü il daxil olmaqla 21 qanun Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanılmış, elm, ədəbiyyat və mətbuatda ideoloji senzura ləğv olunmuş, idmanda böyük uğurlar əldə edilmişdir.
Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında", "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında", "Arxeoloji irsin qorunması haqqında" konvensiyalara qoşulmuşdur. 1997-ci ildə Mədəniyyət haqqında Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra Azərbaycan Avropa Şurasının Mədəniyyət, Siyasəti üzrə Departamenti ilə də yaxından əməkdaşlıq edir. Nəticədə bir sıra maraqlı proqramlar həyata keçirilmişdir. Məsələn "Azərbaycan Respublikasında mədəniyyət siyasəti" məruzəsi hazırlanmış, Strasburq şəhərində təqdimatı keçirilmiş və müxtəlif dillərdə çap olunmuşdur. Yeni mədəniyyət siyasətinə müvafiq olaraq yaradıcı xadimlərə dövlət köməyi də nəzərdə tutulmuşdur, o cümlədən, respublika Prezidentinin sərəncamına əsasən onlara fərdi pensiyaların, dövlət mükafatlarının, fəxri adların, gənc yazarlara isə təqaüdlərin verilməsinə başlanmışdır. Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yubileyləri və əlamətdar hadisələrin təntənəli qeyd edilməsi, beynəlxalq səviyyəli festival, müsabiqə, konqres və konfransların keçirilməsi də təqdirəlayiqdir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlıq edir. Bunun nəticəsi olaraq 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi "İçərişəhər", "Şirvanşahlar" sarayı və "Qız qalası" ilə birlikdə həmin mərkəzin siyahısına daxil edilmişdir.[126]
Ədəbiyyata məhəbbət Heydər Əliyev siyasətinin ən dəyərli tərkib hissələrindən biri idi. Hələ sovet dönəmində S. Rüstəm, R. Rza, M. İbrahimov, S. Rəhimov kimi yazıçılara, Q. Qarayev, Niyazi, F. Əmirov, T. Salahov, M. Hüseynov kimi bəstəkar, rəssam və memarlara o zaman SSRİ-də ən yüksək fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına yüksək qayğısı idi. Onu da qeyd edim ki, sovet dönəmində Ulu Öndərə qədər heç bir sənətkar bu fəxri adlara layiq görülməmişdir. O, bununla milli ədiblərimizin və insənət xadimlərinin geniş şöhrət qazanmasına nail olurdu. Bəşəri düşüncəyə malik bu dahi şəxsiyyət istiqlal dövründə də Azərbaycan yazıçılarının əməyini yüksək qiymətləndirərək İ. Əfəndiyev, B. Vahabzadə, X. Rza, M. Araz, M. Dilbazi, İ. Şıxlı, Elçin, Anar, H. Abbaszadə, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları ilə təltif etdi. Heydər Əliyevin mədəniyyət siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70–80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M. F. Axundovun 170, böyük romantik, filosof şairi H. Cavidin 100 illik yubileyləri keçirilmişdir. "Kitabi Dədə-Qorqud"un 1300 illiyi, M. Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları Azərbaycan Prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir.[128]
Heydər Əliyev respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.[129]
1969–1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev tərəfindən ekologiya, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair çox mühum 8 qanun, Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin 32 qərarı qəbul olunub. O illərdə Ulu Öndərin qətiyyəti və uzaqgörənliyi sayəsində yaradılmış dövlət təbiət qoruqlarını, yasaqlıqları, o cümlədən 1969-cu ildə, xüsusən ceyranların artırılması üçün təşkil edilmiş və Heydər Əliyevin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə milli parka çevrilmiş Şirvan qoruğunu, 1978-ci ildə Ağ göl, 1981-ci ildə İsmayıllı qoruqlarının yaradılmasını, 1974-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarı ilə Bəsitçay çinar meşəsinin qoruq elan olunmasını qeyd etmək lazımdır. 1970-ci ildə Bakı şəhərində adambaşına 6,5 kvadratmetr yaşıl sahə düşürdüsə, 1971-ci il sentyabrın 7-də Bakı şəhərinin yaşıllaşdırılması haqqında verilmiş mühüm qərar sayəsində 1975-ci ildə bu göstərici 17,5 kvadratmetrə çatmışdı. 1969–1982-ci illər ərzində dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınmışdı. Azərbaycan təbiətinin və bioloji müxtəlifliyin mühafizəsi üzrə məqsədlərə nail olmaq üçün inkişafına ehtiyac duyulan elm sahələri sırasında ekologiya, botanika və zoologiya elmlərini qeyd etmək lazımdır. 1970-ci illərdə elmə ayrılan resursların artırılması, yeni imkanların yaradılması, kadrların düzgün yerləşdirilməsi sayəsində Azərbaycan SSR Elmlər Akademiyasının Botanika, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında və s. elmi müəssisələrdə bütün keçmiş ittifaq üçün əhəmiyyətli sayılan nailiyyətlər qazanılıb. 1969–1982-ci illərdə Ceyranbatan gölünün su təchizatı yaxşılaşdırılıb, yeni su kəmərləri çəkilib. Arpaçay su anbarı, Vayxır su anbarı, Şamxor su anbarı və s. su obyektləri tikilib. Baş Mil-Muğan kollektoru yenidən qurulub, Kür-Araz düzənliyində 280 min hektar sahədə torpaqlar yuyulub. 270 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi hesabına ümumi suvarılan sahələr 1,450 milyon hektara çatdırlıb. 550 min hektar sahədə kompleks meliorasiya sistemləri yaradılıb. 400 min hektar sahədə otaqlara su çıxarılıb. Bütün bu tədbirlər əhalinin ərzaq və təsərrüfat ehtiyaclarını ödəməklə, təbiətdən səmərəsiz istifadəni məhdudlaşdırmağa kömək edib.
1993-cü ilin ikinci yarısından Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş yaraların sağalmasına daha böyük əzmkarlıqla başlanılıb, bu sahədə həyata keçirdiyi tədbirlər sırasında 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikası ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulub: UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası (1993), Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (1998), Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında Avropa Konvensiyası (Bern Konvensiyası 1999), BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası (2000), Bioloji müxtəliflik haqqında Konvensiya üzrə Biotəhlükəsizliyə dair Kartagena Protokolu (2005), UNESCO-nun Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiyası (Ramsar Konvensiyası 2000), Avropa Landşaft Konvensiyası (2011).
Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ölkədə müvafiq tədqiqat və təhsil müəssisələrinə, nəbatat bağlarına göstərilən yüksək diqqət və qayğı, biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi sahəsində çoxsaylı beynəlxalq konvensiyaların imzalanması və ratifikasiyası, beynəlxalq öhdəlikləri də nəzərə almaqla ölkə qanunvericiliyinin təkmilləşdirilməsi, akademik Cəlal Əliyevin rəhbərliyi ilə ölkədə ilk Milli Bitki Genbankının, digər toxum banklarının və Biomüxtəliflik üzrə Dövlət Komissiyasının yaradılması, Genetik Ehtiyatlar üzrə Milli Proqramın qəbulu və həyata keçirilməsi, Biomüxtəliflik üzrə milli strategiyaların (2006-cı ildən başlayaraq) qəbulu, yeni tədqiqat institutlarının inkişafı və yenilərinin təşəkkülü, botanika bağları şəbəkəsinin genişləndirilməsi və s. Ulu Öndərin Azərbaycan təbiətinə məqsədyönlü hamiliyinin bariz nümunələridir.[130]
↑ 12Представление к присвоению воинского звания генерал-майора (SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin 30 oktyabr 1967-ci il, 136 №-li məxfi əmri). — AR MTN muzeyinin materialları.
↑Архивные документы, отражающие политическую деятельность Гейдара Алиева, Документ 13. — в кн. Ирада Гусейнова. Гейдар Алиев — от политического руководителя к общенациональному лидеру. Баку, "Тахсил", 2005.
↑Архивные документы, отражающие политическую деятельность Гейдара Алиева, Документ 19. — в кн. Ирада Гусейнова. Гейдар Алиев — от политического руководителя к общенациональному лидеру. Баку, "Тахсил", 2005.
↑ 1234Aslan ASLANOV, Tural RZAYEV, AzərTAc-ın xüsusi müxbirləri. "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə işgüzar səfəri". Azərbaycan qəzetinin saytı (az.). azerbaijan-news.az. 28.06.2002. (#cite_web_url); (#accessdate_missing_url)
↑AzərTAc. "Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyənin ən nüfuzlu və məşhur "Siyasət" jurnalının "İlin dövlət adamı mükafatı"na layiq görülmüşdür". Xalq qəzetinin saytı (az.). xalqqazeti.com. 25.03.2003. (#cite_web_url); (#accessdate_missing_url)
↑[[[:tr:Türkiye Cumhuriyeti Devlet Nişanı]] "Türkiye Cumhuriyeti Devlet Nişanı"] (#bad_url)(türk). tr.wikipedia.org. İstifadə tarixi: 2015-02-10.
↑Aslan Aslanov, AzərTAc-ın xüsusi müxbiri. "Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri". Xalq qəzetinin saytı (az.). xalqqazeti.com. 06.05.1997. (#cite_web_url); (#accessdate_missing_url)
↑"Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-nin Linkoln Universitetinin fəxri doktoru adına layiq görülmüşdür". Xalq qəzetinin saytı (az.). xalqqazeti.com. 15.04.2003. (#cite_web_url); (#accessdate_missing_url)