Həsən Hüseynov (filoloq)
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Həsən Hüseynov | |
---|---|
Doğum tarixi | 2 sentyabr 1953 (70 yaş) |
Doğum yeri | |
Atası | Çingiz Hüseynov |
Elm sahələri | klassik filologiya[d], filologiya, kulturologiya[1], ədəbiyyat[1] |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yerləri |
|
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov; d. 1 sentyabr 1953, Bakı şəhəri) — Azərbaycan mənşəli sovet və rus filoloqu - Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi.
Bioqrafiya
1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A.F. Losev və A.A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978-1984), sonra SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990-1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992-1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-ın universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001-2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006-2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.
2007-ci ildə Rusiyaya qayıdaraq Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru oldu. MDU-da o, qədim ədəbiyyat tarixi, qədim yunan dili və klassik filologiyaya üzrə mühazirələr oxuyurdu. Catalogus Philologorum Classicorum (Antikoloqlar kataloqu) beynəlxalq layihəsinin rus bölməsinin rəhbəridi.
- ↑ 1 2 3 4 Gusejnov, Gasan Čingizovič // Çex Milli Hakimiyyət Məlumat bazası.