Həsən Hüseynov (filoloq)

Vikipediya, azad ensiklopediya
En Merker (müzakirə | töhfələr) (→‎Bioqrafiya) tərəfindən edilmiş 13:03, 31 oktyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Həsən Hüseynov
Doğum tarixi 2 sentyabr 1953(1953-09-02) (70 yaş)
Doğum yeri
Atası Çingiz Hüseynov
Elm sahələri klassik filologiya[d], filologiya, kulturologiya[1], ədəbiyyat[1]
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; d. 1 sentyabr 1953, Bakı şəhəri) — Azərbaycan mənşəli sovet və rus filoloqu - Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi.

Bioqrafiya

1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A.F. Losev və A.A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978-1984), sonra SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990-1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992-1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-ın universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001-2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006-2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.

2007-ci ildə Rusiyaya qayıdaraq Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru oldu. MDU-da o, qədim ədəbiyyat tarixi, qədim yunan dili və klassik filologiyaya üzrə mühazirələr oxuyurdu. Catalogus Philologorum Classicorum (Antikoloqlar kataloqu) beynəlxalq layihəsinin rus bölməsinin rəhbəridi.

2011-ci ilin aprelindən 2012-ci ilin sentyabrına qədər - Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Humanitar Tədqiqatlar Mərkəzinin direktoru olmuşdur.

2012-ci ilin oktyabrından Ali İqtisadiyyat Məktəbinin Filologiya fakültəsinin professoru, Elmi Şurasının üzvüdür. O, AİM-nin iki fəxri diplomu və təşəkkürnaməsi, o cümlədən AİM-nin Filologiya Məktəbinin təşəkürnaməsi ilə təltif olunmuşdur. 2013, 2014, 2016-2019-cu illərdə ən yaxşı müəllim seçilmişdir.

Bazel Universitetində də (İsveçrə) dərs deyir.

"Journal of Soviet and Post-Soviet Politics and Society", "Religion", "State and Society", "Dövlət, Din, Rusiya kilsəsi Rusiyada və Xaricdə" və "Логос" jurnallarının redaksiya heyyətinin üzvüdü.

  1. 1 2 3 4 Gusejnov, Gasan Čingizovič // Çex Milli Hakimiyyət Məlumat bazası.