Qara xan Ustaclı
Qara xan Ustaclı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | Ağqoyunlular |
Vəfat tarixi | |
Vəfat yeri | Mardin, Diyarbəkir bəylərbəyliyi, Səfəvilər |
Vəfat səbəbi | döyüş |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Mirzə Bəy Ustaclı |
Həyat yoldaşı | Fatma Sultan bəyim |
Uşağı | Abdulla xan |
Qara xan Mirzə bəy oğlu Ustaclı (?-1517) — Qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi.
Həyatı
Mirzə bəyin ikinci oğlu Qara bəy Ustaclı elinin Təmişli oymağındandır. O, öncə 600 atlının çarxçısı idi. Qardaşı Xanməhəmməd bəy Ustaclı ölümündən sonra xan ünvanı ilə Diyarbəkrə bəylərbəyi təyin olundu.
Qara xan 1517-ci ildə Mardin civarında Osmanlı sərkərdəsi "Bığlı Çavuş" ayamalı Mustafa paşaya qarşı savaşda öldürüldü.
Ailəsi
Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Abdulla xan adlı oğlu vardı.
Mənbə
- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.