Saçal Sarmast

Vikipediya saytından
Gunay M.E. (müzakirə | töhfələr) (Səhifə "{{İş gedir}} '''Saçal Sarmast''' (1739–1827) (Sind dilində: سچلُ سرمستُ‎, Urdu: سچل سرمست‎), Əbdül Vahab Faruqi (Urdu: عبد..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 18:42, 17 noyabr 2019 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Saçal Sarmast (1739–1827) (Sind dilində: سچلُ سرمستُ‎, Urdu: سچل سرمست‎), Əbdül Vahab Faruqi (Urdu: عبد الوہاب فاروقی‎) indiki Pakistanın hüdudlarında yerləşən Sind vilayətində yaşayan Sufi şairi;

Kalhoro/Talpur dövründə əsasən Sind dilində olmaqla 7 dildə şeirlər yazmışdır. O h. 1152-ci ildə (m. 1739-cu ildə) Ranipur yaxınlığında Darazada anadan olmuşdur.

Saçalın ürsü

Hər il Saçal Sarmastın vəfatının ildönümünə həsr olunmuş, Ramazan ayının 13-dən başlayaraq Daraza Şərifdə keçirilən 3 günlük bayram; Onun poeziyasına əsaslanan ədəbi konfrans, musiliqi konsert də keçirilir.

Həyatı

Saçalın şeirlərindən ibarət ilk toplu Ağa Sufi tərəfindən qələmə alınmışdır. İlk dəfə bu əsər 1933-cü ildə Sind vilayətinin Sikarpur məntəqəsində çap edilmişdir. Bu əsərə Saçalın tərcümeyi-halı, onun fələsəfə və poeziyasının tənqidi təhlili də daxil edilmişdi. İlkin fəsillərdə Şah Əbdül Lətif Bhitta və Saçal Sarmastın poeziyasının müqayisəli təhlili verilir. I fəsildə Sufizmə və vedantaya giriş, II fəsildə Saçalın tərcümeyi-halı, III fəsildə Saçalın poeziyasında istifadə edilən musiqili priyom və raqaların izahı verilir. Daha sonra IV fəsildə Saçalın şeirlərinin toplusu, V fəsildə isə lüğət və şərhlər verilir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar