Saçal Sarmast

Saçal Sarmast (17391827) (Sind dilində: سچلُ سرمستُ‎, Urdu dilində: سچل سرمست‎), Əbdül Vahab Faruqi (Urdu: عبد الوہاب فاروقی‎) indiki Pakistanın hüdudlarında yerləşən Sind vilayətində yaşayan Sufi şairi; Kalhoro/Talpur dövründə əsasən Sind dilində olmaqla 7 dildə şeirlər yazmışdır.[1] Buna görə o "Şair-e həft zəban", yəni 7 dildə yazan şair kimi tanınmışdır.[2] O hicri tarixi ilə 1152-ci ildə (miladi tarixi ilə 1739-cu ildə) Ranipur yaxınlığında Darazada anadan olmuşdur.[3]

Saçal Sarmast
sindhi سچل سرمست
Təxəllüsü Şair-e Həft Zəban
Doğum tarixi
Doğum yeri Ranipur yaxınlığında, Daraza
Vəfat tarixi
Vəfat yeri Ranipur yaxınlığında, Daraza
Fəaliyyəti Sufi şairi
Əsərlərinin dili Pəncab dili, Sindhi dili

Hal-hazırda Sind əyalətinin Xayrpur məntəqəsindən 40 km cənub qərbdə yerləşən Darazada Saçalın türbəsi mövcuddur. Hər il Saçal Sarmastın vəfatının ildönümünə həsr olunmuş, Ramazan ayının 14-dən başlayaraq Daraza Şərifdə keçirilən 3 günlük mərasim Saçalın ürsü adlanır. Onun poeziyasına əsaslanan ədəbi konfrans, musiqili konsert də keçirilir. Sindin baş naziri Sayed Qaim Əli Şah bu mərasimlə əlaqədar Ramazan ayının 14-də Daraza Şərifdə olur və Sind şairi və sufi müqəddəsinin məzarı üzərinə çələng qoyur. O həmçinin Urs mərasimini açaraq Məhfil-e Samanı ziyarət edir və Saçal Sarmastın ardıcıllarınan ənənəvi üslubda onun şeirlərinə bəslənən musiqiləri dinləyir. Daraza Şərifdə Saçal bağının təməl daşını qoyur və açıq Saçal Muzey guşəsi yaradır.

Saçal Sarmastın tərəfdarları Hindistan, Banqladeş, İran, Türkiyə və digər ölkələrdən onu ziyarət etmək üçün bura təşrif buyururlar.

Bütün tədbirlər Xayrpur Saçal Tadgar Komitəsi tərəfindən başa çatdırlır. [4]

Saçalın şeirlərindən ibarət ilk toplu Ağa Sufi tərəfindən qələmə alınmışdır. İlk dəfə bu əsər 1933-cü ildə Sind əyalətinin Sikarpur məntəqəsində çap edilmişdir. Bu əsərə Saçalın tərcümeyi-halı, onun fələsəfə və poeziyasının tənqidi təhlili də daxil edilmişdi. İlkin fəsillərdə Şah Əbdül Lətif Bhitta və Saçal Sarmastın poeziyasının müqayisəli təhlili verilir. Qeyd edək ki, Bhitta Sindli Sufi alimi və şairidir. O sind dilində şeirlər yazan ən böyük müsəlman şairidir.

I fəsildə Sufizmə və vedantaya giriş, II fəsildə Saçalın tərcümeyi-halı, III fəsildə Saçalın poeziyasında istifadə edilən musiqili priyom və raqaların izahı verilir.[5] Daha sonra IV fəsildə Saçalın şeirlərinin toplusu, V fəsildə isə lüğət və şərhlər verilir.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Aslam Rasoolpuri, Sachal Sarmast, Bazm e Saqafat Publications Multan
  2. "Sindhi literature - www.britannica.com". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.
  3. "Shameen Khan (August 21, 2014). "The enchanting beauty of Sachal Sarmasts shrine"". July 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 17, 2019.
  4. "Sachal's Urs begins today". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.
  5. "Agha Sufi, Sachal Sarmast (vol. 1: Chapters I-III), pub. Shikarpur Sindh, 1933". 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.
  6. "Agha Sufi, Sachal Sarmast (vol. 2: Chapters IV-V, glossary), pub. Shikarpur Sindh, 1933". 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.