Kоmpyеn sülh sazişi (1940)

Vikipediya, azad ensiklopediya
En Merker (müzakirə | töhfələr) (→‎İmzalanma tarixi) tərəfindən edilmiş 13:31, 9 yanvar 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kоmpyеn sülh sazişi (1940)
Vilhelm Keytel və Şarl Hüntziger barışığın imzalanması zamanı, 22 iyun 1940-cı il
Vilhelm Keytel və Şarl Hüntziger barışığın imzalanması zamanı, 22 iyun 1940-cı il
Müqavilənin tipi barışıq sazişı
İmzalanma tarixi 22 iyun 1940-cı il
İmzalanma yeri Kоmpyеn meşəsi
Qüvvəyə minməsi  
 • şərtləri I Dünya Müharibəsində hərbi əməliyyatlar dayandırıldı
İmzalayanlar AntantaAlmaniya İmperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hitler və ətrafı Kompeyn meşəsindəki memorial kompleksdə Foşun abidəsinə baxırlar.
Kompeyn vaqonu muzeyin divarı dağıdılaraq çıxarılır

İkinci Kоmpyеn sülh sazişi (və yaxud 1940-cı ilin Kompyen sülh sazişi) — 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamlayan (may - iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kоmpyеn meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kоmpyеn meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kоmpyеn sülh sazişi imzalanmışdı.

İmzalanma tarixi

1940-cı il mayın 10-da alman qoşunları Belçika, HollandiyaFransaya hücum edərək bir ay ərzində fransız ordusunu və qitədə yerləşən ingilis hərbi ekspedisiya birləşmələrini məğlub etdi. İyunun 14-də Paris işğal edildi və Fransa hökuməti Bordoya köçdü. Hökumət üzvləri arasında yekdil fikir yox idi. Bəziləri bunun üçün hətta Şimali Afrikaya (o dövrdə Fransa əraziləri orada da yerləşirdi) qədər çəkilmək lazım olsa belə müqavimət göstərməyi təklif edir, digərləri isə Almaniya ilə müharibədən çıxmaqda israr edirdilər. Fransanın baş naziri Paul Reyno sülh danışıqlarından imtina edərək iyunun 16-da istefa verdi. Onu bu vəzifədə Birinci Dünya müharibəsinin qəhrəmanı marşal Anri Filipp Paten əvəz etdi. O, dərhal Hitlerlə danışıqlara başladı.

Hitler sazişin imzalanma yeri olaraq Uaza departamentinin Kоmpyеn şəhəri yaxınlığındakı Kоmpyеn meşəsini seçdi. Bu seçim Fransa üçün tarixi qisasın simvolu olmalı idi. Belə ki,