Ferdinand Foş

Ferdinand Foş (fr. Ferdinand Foch; 2 oktyabr 1851[1][2][…]20 mart 1929[3][1][…], Paris[3]) — Fransa hərbi xadimi, marşal (1918). Fransa Akademiyasının üzvü (1918).

Ferdinand Foş
fr. Ferdinand Foch
Şəxsi məlumatlar
Doğum adı Ferdinand Jean Marie Foch
Doğum tarixi 2 oktyabr 1851(1851-10-02)[1][2][…]
Vəfat tarixi 20 mart 1929(1929-03-20)[3][1][…] (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Sent-Lüis-des-İnvalides katedralı[d]
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Fransa
Qoşun növü Fransa Silahlı Qüvvələri
Xidmət illəri 1870-ci ildən
Rütbəsi feldmarşal[d]
Döyüşlər
Təltifləri Distinguished Service Order "Görkəmli xidmətə görə" medalı II dərəcəli Müqəddəs Georgi ordeni 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni Hərbi medal (Fransa) 1914–1918 hərbi xaçı Croix de Guerre Cross of the Order of Lāčplēšis, 3rd class Order of the Redeemer Akademik palma ordeni zabiti "Fəxri legion" ordeninin Böyük xaçı Knight Grand Cross of the Order of the Bath Azadlıq Xaçı Order of Lāčplēsis "Ağ şir" ordeni Grand Cordon of the Order of Leopold Dannebroq ordeni "Ağ qartal" ordeni Cross of Valour Grand Cross of the Order of Military Virtue Grand Cross of the Order of Military Virtue Silver Cross of the Virtuti Militari Grand Cross of the Order of the Redeemer Grand Cross of the Military Order of the Tower and Sword Order of Rama Grand Cross of the Order of Wissam El Alaouite Order of Ouissam Alaouite "Xidmət" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ferdinand Foş 1851-ci il, 2 oktyabr tarixində Yuxarı Piriney departamentinin Tarb şəhərində məmur ailəsində anadan olub. O Tarbda məktəbə getmiş və Sent Etyen şəhərindəki yezuit kollecində təhsil almışdır. 1870-ci ildə piyada alaya çağırılmışdır. Fransa-Prussiya müharibəsindən sonra Foş hərbi karyerasını davam etdirmək qərarına gəlir. 1871-ci ildə Ali Poltexnik məktəbinə qəbul olur. Foş təhsilini başa vurmamış orduda kiçik zabitlərin çatışmazlığına görə artıq 1873-cü ildə 24-cü artilleriya alayında leytenant rütbəsi alır. 1887-ci ildə Ali Hərbi Akademiyanı bitirmiş, 1895–1900-cü illərdə akademiyanın professoru və 1908–1911-ci illərdə isə rəisi olmuşdur. Birinci dünya müharibəsində (1914–1918) Baş qərargah rəisi, 1918-ci ilin aprelindən müttəfiq qoşunlarının ali baş komandanı təyin edilmişdir. 1920-ci ilin yanvarında Paris sülh konfransı (1919–1920) Ali Şurasının iclaslarında Cənubi Qafqaz respublikaları problemlərinin müzakirəsində iştirak etmişdir. Antantanın Ali Hərbi Şurasının sədri olan Foş məruzə ilə çıxış edərək Qafqaza bir neçə diviziya göndərməyi zəruri saymışdı. O, hesab edirdi ki, yalnız hərbi qüvvə göndərməklə Qafqazı bolşevik işğalı təhlükəsindən xilas etmək olar.[5]

Yeganə oğlu leytenant German Foş və kürəkəni kapitan Bekur Maas döyüşündə, 1914-cü ildə həlak olmuşdu.

  1. Les principes de la guerre (1903)
  2. La conduite de la guerre (1904)

Rus dilinə tərcümədə

[redaktə | mənbəni redaktə et]
  1. О ведении войны / пер. с франц., 2 изд. Москва, 1937;
  2. Воспоминания (Война 1914–1918 гг.), пер. с франц. Москва, 1939.
  1. Fransa–Prussiya müharibəsi
  2. I Dünya Müharibəsi
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Ferdinand Foch // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. 1 2 3 4 Фош Фердинанд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 LIBRIS. İsveç Milli Kitabxanası, 2018.
  5. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s.379" (PDF). 2015-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, 440 s.