Kоmpyеn sülh sazişi (1940)

Vikipediya saytından
En Merker (müzakirə | töhfələr) (→‎İstinadlar) tərəfindən edilmiş 14:12, 9 yanvar 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kоmpyеn sülh sazişi (1940)
Vilhelm Keytel və Şarl Hüntziger barışığın imzalanması zamanı, 22 iyun 1940-cı il
Vilhelm Keytel və Şarl Hüntziger barışığın imzalanması zamanı, 22 iyun 1940-cı il
Müqavilənin tipi barışıq sazişı
İmzalanma tarixi 22 iyun 1940-cı il
İmzalanma yeri Kоmpyеn meşəsi
Qüvvəyə minməsi  
 • şərtləri Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi
İmzalayanlar Nasist AlmaniyasıFransa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hitler və ətrafı Kompeyn meşəsindəki memorial kompleksdə Foşun abidəsinə baxırlar.
Kompeyn vaqonu muzeyin divarı dağıdılaraq çıxarılır

İkinci Kоmpyеn sülh sazişi (və yaxud 1940-cı ilin Kompyen sülh sazişi) — 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamlayan (may - iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kоmpyеn meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kоmpyеn meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kоmpyеn sülh sazişi imzalanmışdı.

İmzalanma tarixi

1940-cı il mayın 10-da alman qoşunları Belçika, HollandiyaFransaya hücum edərək bir ay ərzində fransız ordusunu və qitədə yerləşən ingilis hərbi ekspedisiya birləşmələrini məğlub etdi. İyunun 14-də Paris işğal edildi və Fransa hökuməti Bordoya köçdü. Hökumət üzvləri arasında yekdil fikir yox idi. Bəziləri bunun üçün hətta Şimali Afrikaya (o dövrdə Fransa əraziləri orada da yerləşirdi) qədər çəkilmək lazım olsa belə müqavimət göstərməyi təklif edir, digərləri isə Almaniya ilə müharibədən çıxmaqda israr edirdilər. Fransanın baş naziri Paul Reyno sülh danışıqlarından imtina edərək iyunun 16-da istefa verdi. Onu bu vəzifədə Birinci Dünya müharibəsinin qəhrəmanı marşal Anri Filipp Paten əvəz etdi. O, dərhal Hitlerlə danışıqlara başladı.

Hitler sazişin imzalanma yeri olaraq Uaza departamentinin Kоmpyеn şəhəri yaxınlığındakı Kоmpyеn meşəsini seçdi. Bu seçim Fransa üçün tarixi qisasın simvolu olmalı idi. Belə ki, burada 1918-ci ildə I Dünya müharibəsinin Qərb Cəbhəsində hərbi əməliyyatların dayandırılmasını və Almaniya imperiyasının sonunu gətirən alçaldıcı sülh sazişi imzalanmışdı. Hitler barışığın imzalanacağı yer barədə qərarı hələ mayın 20-də, Fransa kampaniyasının bitməsinə xeyli qalmış vermişdi [1].

Bunun üçün xüsusi olaraq, 1918-ci ildə müqavilənin imzalandığı marşal Foşun ştab-vaqonu muzeydən çıxardılaraq imzalanma yerinə gətirildi. Danışıqlar iyunun 21-i günortadan sonra başladı. Reyxin bir neçə yüksək səlahiyətli hərbi və mülki məmuru ilə Kompeynə gələn Hitler barışığın mətninə ön söz elan edildikdən sonra mərasimi nümayişkəranə şəkildə tərk etdi. Almanlar tərəfdən nümayəndə heyətinə Ali Baş Komandanlığın qərargah rəisi Vilhelm Keytel, Fransa tərəfdən isə general Şarl Huntziger rəhbərlik edirdi. Əvvəlcə Huntzigerin barışıq sazişini imzalamaq səlahiyyəti yox idi, lakin danışıqlar yerindən Bordodakı hökumətlə rabitə əlaqəsi quruldu.

Keytel əvvəlcədən alman rəhbərliyinin tərtib etdiyi mətnin dəyişdirilməyəcəyini bildirdi. Danışıqlar əsnasında hökumət adından Bordo ilə əlaqə saxlayan Fransa nümayəndə heyəti və general Maksim Veqan müəyyən şərtlərə etiraz edirdilər (məsələn Almaniyanın Nasist siyasətinə görə Fransaya qaçan vətəndaşların təhvil verilməsi tələbinə qarşı)[2]. İyunun 22-si axşamı, saat 18:30-da Keytel, bir saat ərzində saziş mətninin imzalanmasını və ya rədd edilməsini tələb etdi; 18:50-də Huntziger onu imzaladı.

İyunun 24-də axşam Romada İtaliya ilə barışıq sazişi imzalandı.

Şərtlər

İstinadlar

  1. Ширер У. Взлёт и падение Третьего рейха. — С. 159.
  2. Ширер У. Взлёт и падение Третьего рейха. — С. 163.