Bəybala Adıgözəlov

Vikipediya, azad ensiklopediya
Elnur ahik (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:47, 10 fevral 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Bəybala Adıgözəlov
Doğum tarixi 29 may 1932(1932-05-29)
Doğum yeri
Vəfat tarixi 15 avqust 2008(2008-08-15) (76 yaşında)
Vəfat yeri
Təhsili
  • Moskva Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutu[d]
Mükafatları Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı, V.İ.Leninin anadan olmasının 100 illiyi, Sovet hakimiyyətinin 50 illiyi (1917-1967), SSRİ-nin 50 illiyi (1922-1972)” medalları

Bəybala Məhəmməd -Soltan oğlu Adıgözəlov (1032-2008), Azərbaycanın dövlət xadimi, Azərbaycan SSR dövlət təbiəti mühafizə komitəsinin sədri

HƏYATI

1932-ci il mayın 29-da Azərbaycan SSR-in Göyçay rayonunda qulluqçu ailəsində doğulub. 1940-1950-ci illərdə Göyçay şəhərindəki 3 saylı məktəbin rus bölməsində oxuyub və həmin məktəbi gümüş medalla bitirib. 1950-ci ildə xüsusi seçimlə (qəbul imtahanları vermədən) Moskvaya oxumağa göndərilib və orada Moskva kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilnəsi institunu mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirb.

FƏALİYYƏTİ

1958-ci ilin martında Azərbaycan Elmi-Tədqiqat kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi institunun əyani aspiranturasına daxil olub və elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə edib. Elmlər namizədidir. 5 elmi əsərin və ixtiranın müəllifidir. 1960-cı ildə B. Adıgözəlov Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunub. 1961-ci ilin dekabrından 1963-cü ilin sentyabrına qədər B. Adıgözəlov Azərbaycan KP Mərkəzi Komitəsində çalışıb. 1963-cü ilin sentyabrında Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ) katibi, kənd təsərrüfatı həmkarlar ittifaqı təşkilatlarına rəhbərlik üzrə AHİŞ-in Bürosunun sədri, eyni zamanda kənd təsərrüfatı işçiləri və fəhlələri həmkarlar ittifaqı Respublika Komitəsinin sədri vəzifələrində çalışıb. 1967-ci ildə respublikada Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi yaradıldı. B. Adıgözəlov Komitənin ilk sədri təyin edildi və 23 il müddətində bu mühüm və məsul sahəyə rəhbərlik etdi. Onun rəhbərliyi dövründə Komitə nazirlik və idarələrin təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi işindəki fəaliyyətinə dövlət nəzarəti orqanına çevrildi. B. Adıgözəlovun rəhbərliyi altında “Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növləri. Redaksiya heyəti: B. M. Adıgözəlov, U. K. Ələkbərov, M. A. Musayev və b.---Bakı, “İşıq” 1989, səh.544. Şəkilli. Redaksiya heyəti B. M. Adıgözəlov, U. K. Ələkbərov (bitkilər bölməsinin məsul redaktoru), H.Ə.Əliyev, D.B.Hacıyev, S.Ə.İsrafilov, M.Ə.Musayev (heyvanlar bölməsinin məsul redaktoru), İ.D.Mustafayev, İ.S.Səfərov.”ı nəşr edilmişdi. Həmin kitabda Azərbaycanda olan nadir heyvan və bitkilərdən söhbət açılır və onların yoxa çıxma təhlükəsi qarşısında qalmalarından bəhs edilirdi. B. Adıgözəlov Azərbaycan KP 27-32-ci qurultaylarının, Bakı şəhər partiya konfranslarının, həmçinin Azərbaycan həmkarlar ittifaqları qurultaylarının iştirakçısı olmuş, Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı seçilmiş, Azərbaycan KP MK-nın üzvü olmuşdur.

NAİLİYYƏTLƏRİ

Fəaliyyəti müddətində B. Adıgözəlov “Qırmızı Əmək Bayrağı” ordeni, iki dəfə “Şərəf Nişanı” ordeni, “V.İ.Leninin anadan olmasının 100 illiyi”, “Sovet hakimiyyətinin 50 illiyi (1917-1967)” ”SSRİ-nin 50 illiyi (1922-1972)” medalları , Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, ÜİHİMŞ-in Fəxri Fərmanı ilə təltif edilmişdir.

VƏFATI

B. Adıgözəlov 2008-vi il avqustun 15-də Bakıda vəfat etmişdir.

İSTİNADLAR

https://www.baku.ru/frmpst-view.php?frmpst_id=14915849 https://akj.az/ru/journals/23