Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bəybala Məhəmməd-Soltan oğlu Adıgözəlov (29 may 1932, Göyçay rayonu – 15 avqust 2008, Bakı) — Azərbaycanın dövlət xadimi, Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri (1967–1981, 1985–1990).[1][2]
Bəybala Adıgözəlov | |
---|---|
21 may 1985 – 5 noyabr 1990 | |
Əvvəlki | Hacıağa İbrahimov |
Sonrakı | Arif Mansurov |
4 oktyabr 1967 – 23 yanvar 1981 | |
Əvvəlki | komitə yaradılıb |
Sonrakı | Hacıağa İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 may 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 15 avqust 2008 (76 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
|
|
Təltifləri |
Bəybala Adıgözəlov 1932-ci il mayın 29-da Azərbaycan SSR-in Göyçay rayonunda qulluqçu ailəsində doğulub. 1940–1950-ci illərdə Göyçay şəhərindəki 3 saylı məktəbin rus bölməsində oxuyub və həmin məktəbi gümüş medalla bitirib.
1950-ci ildə xüsusi seçimlə (qəbul imtahanları vermədən) Moskvaya oxumağa göndərilib və orada Moskva kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilnəsi institunu mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirb.
B. Adıgözəlov 2008-ci il avqustun 15-də Bakıda vəfat etmişdir.
1958-ci ilin martında Azərbaycan Elmi-Tədqiqat kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi institunun əyani aspiranturasına daxil olub və elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə edib. Elmlər namizədidir. 5 elmi əsərin və ixtiranın müəllifidir.1960-cı ildə B. Adıgözəlov Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunub. 1961-ci ilin dekabrından 1963-cü ilin sentyabrına qədər B. Adıgözəlov Azərbaycan KP Mərkəzi Komitəsində çalışıb.1963-cü ilin sentyabrında Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ) katibi, kənd təsərrüfatı həmkarlar ittifaqı təşkilatlarına rəhbərlik üzrə AHİŞ-in Bürosunun sədri, eyni zamanda kənd təsərrüfatı işçiləri və fəhlələri həmkarlar ittifaqı Respublika Komitəsinin sədri vəzifələrində çalışıb. 1967-ci ildə respublikada Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi yaradıldı. B. Adıgözəlov Komitənin ilk sədri təyin edildi və 23 il müddətində bu mühüm və məsul sahəyə rəhbərlik etdi. Onun rəhbərliyi dövründə Komitə nazirlik və idarələrin təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi işindəki fəaliyyətinə dövlət nəzarəti orqanına çevrildi. B. Adıgözəlovun rəhbərliyi altında "Azərbaycanın Qırmızı Kitab"ı nəşr edilmişdi. Həmin kitabda Azərbaycanda olan nadir heyvan və bitkilərdən söhbət açılır və onların yoxa çıxma təhlükəsi qarşısında qalmalarından bəhs edilirdi. B. Adıgözəlov Azərbaycan KP 27–32-ci qurultaylarının, Bakı şəhər partiya konfranslarının, həmçinin Azərbaycan həmkarlar ittifaqları qurultaylarının iştirakçısı olmuş, Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı seçilmiş, Azərbaycan KP MK-nın üzvü olmuşdur.
Fəaliyyəti müddətində B. Adıgözəlov "Qırmızı əmək bayrağı" ordeni, iki dəfə "Şərəf nişanı" ordeni, "V. İ. Leninin anadan olmasının 100 illiyi", "Sovet hakimiyyətinin 50 illiyi (1917–1967)" "SSRİ-nin 50 illiyi (1922–1972)" medalları , Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, ÜİHİMŞ-in Fəxri Fərmanı ilə təltif edilmişdir.